Baş nazir: “Nüvə potensialımızla NATO ölkələrinə töhfə verməyə hazırıq”

Baş nazir: “Nüvə potensialımızla NATO ölkələrinə töhfə verməyə hazırıq”  

DÜNYA

Bugün, 00:03

"NATO Ankaradakı sammitdən daha güclü və daha birləşmiş şəkildə çıxdı".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniya Baş naziri Keir Starmer “British Sky News”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Ankaradakıs ammit çox əla təşkil olunub: "Yaxşı bir zirvə toplantısı idi. Biz birliyə nail olmaq istəyirdik və nail olduq. Ukrayna və İranda gərginlik davam edərkən buna sahib olmağımız çox vacibdir."

Baş nazir deyib ki, Böyük Britaniya son iki ildə müdafiə xərclərini iki dəfə artırıb: “Üstəlik, ölkəmiz nüvə potensialı ilə NATO-dakı müttəfiq ölkələrə töhfə verməyə hazırdır”.

Trampın ona qarşı tənqidlərinə cavab olaraq Starmer bildirib ki, əslində, onunıa həmişə yaxşı yola gedir:

“Siyasətdə yaxşı münasibətlərin olması çox vacibdir. ABŞ və Böyük Britaniya arasında strateji ittifaq böyük əhəmiyyət kəsb edir. Müdafiə, təhlükəsizlik və kəşfiyyat sahələrində 24/7 birlikdə çalışırıq. NATO tərəfləri gücləndirən transatlantik əməkdaşlıq təşkilatıdır. Britaniya Baş nazirinin ABŞ Prezidenti ilə yaxşı münasibətləri olması vacibdir. Buna nail olduğum üçün xoşbəxtəm. Düşünürəm ki, bu, ölkəm üçün vacibdir."

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR