Daha iki vəkilə töhmət verilib, dörd vəkilə isə xəbərdarlıq olunub

Daha iki vəkilə töhmət verilib, dörd vəkilə isə xəbərdarlıq olunub

CƏMİYYƏT

Bugün, 16:57

Bu gün Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilən tədbirlər, görülən işlər və qarşıda duran əsas vəzifələr barədə ətraflı məlumat verib.

İclasın gündəliyinə uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğunda fəaliyyətlərinə xitam verilməsi ilə əlaqədar vəkillik fəaliyyətlərinin bərpa olunması, eləcə də müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad edilmələri barədə müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.

Eyni zamanda iclasda Bakı şəhəri 41 saylı Vəkil Bürosunun təsis edilməsi, habelə bəzi vəkillərin vəkil kabineti yaratmaları ilə bağlı müraciətlər müzakirə olunaraq müsbət qərarlar qəbul edilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR