Ərdoğanla Tramp geniş tərkibdə görüş keçiriblər

Ərdoğanla Tramp geniş tərkibdə görüş keçiriblər  

DÜNYA

Bugün, 19:32

Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp Ankarada heyətlərarası geniş tərkibdə görüş keçiriblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, bölgədəki vəziyyət və gələcək əməkdaşlıq imkanlarını daha da dərinləşdirmək istiqamətində fikir mübadiləsi aparılıb.

Məlumata əsasən, mətbuata qapalı keçirilən görüşdə Xarici İşlər naziri Hakan Fidan, Xəzinədarlıq və Maliyyə naziri Mehmet Şimşek, Milli Müdafiə naziri Yaşar Güler, AK Partiyasının sədr müavini və partiya sözçüsü Ömər Çelik, Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlu, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya direktoru Burhanəddin Duran, Prezident Aparatının rəhbəri Həsən Doğan, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç və Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal da iştirak ediblər.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR