Prezident İlham Əliyev ABŞ Senatının üzvünü qəbul edib - FOTOLAR
GÜNDƏM
07.07.2026, 11:05
Prezident İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun ölkələrimiz, eyni zamanda, region üçün çox önəmli olduğunu dedi.
Dövlət başçısı ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərini məmnunluqla xatırladı, həmin səfər zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətinə toxundu.
Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğunu deyərək, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında onun xüsusi rol oynadığını vurğuladı.
Stiv Deynsin Azərbaycana son səfərindən sonra tarixi hadisələrin baş verdiyini qeyd edən dövlət başçısı Azərbaycan-ABŞ əlaqələrinin inkişafı istiqamətində göstərdiyi səylərə görə qonağa təşəkkürünü bildirdi.
Senator Stiv Deyns də öz növbəsində son dövrlərdə ABŞ ilə Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini dedi, Azərbaycan Prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərinin əlamətdar hadisə olduğunu vurğuladı.
Qonaq, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rolunu qeyd etdi.
Stiv Deyns Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Söhbət zamanı TRIPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından əhəmiyyəti vurğulandı, Azərbaycanla ABŞ Senatı arasında dialoqun möhkəmləndirilməsi və tərəfdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Bloomberg"dən dünyanı tədirgin salan iddia: "Rusiyanın taktiki nüvə silahlarından istifadə edəcək"
Bugün, 00:54 GÜNDƏM
-
Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra tarix yazdı
Bugün, 00:54 İDMAN
-
Berlində İkinci Dünya Müharibəsi dövrünə aid 100 kq-lıq bomba tapılıb
Bugün, 00:20 DÜNYA
-
"Qalatasaray"dan TFF-yə - Sərt etiraz
Bugün, 00:20 İDMAN
-
Nepalda qəfil sel: ölənlərin sayı 160-a çatıb: 500-dən çox insandan hələ də xəbər yoxdur - Çin lideri əmr verdi
Bugün, 00:06 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Dünyanın üç milyarderi dənizdə bir araya gəldi - Sirli görüşün görüntü yayıldı (FOTO)
Bugün, 00:01 İQTİSADİYYAT
-
MİQ-in növbəti vakansiya seçiminə start verilir
26.08.2026, 22:51 CƏMİYYƏT
-
Haluk Leventin "İnstaqram" hesabı bloklandı
26.08.2026, 22:19 PRESS
-
Mənsur Yavaş siyasi qərarını verdi: "O, bizə dedi ki..."
26.08.2026, 21:18 SİYASƏT
-
Kılıçdaroğlu daha 50 nəfəri partiyadan xaric etdi
26.08.2026, 20:46 DÜNYA
-
Azərbaycanda zəlzələ olub
26.08.2026, 19:26 GÜNDƏM
-
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
26.08.2026, 18:39 GÜNDƏM
-
81 yaşlı deputatdan evlənmə xəbərinə reaksiya: "Nə boşanmışam, nə də üçüncü dəfə ailə..." - Şıxəliyeva da danışdı (YENİLƏNİB)
26.08.2026, 18:09 SİYASƏT
-
Nepalda dəhşətli sel: 390 nəfər yoxa çıxıb - FOTOLAR
26.08.2026, 18:00 DÜNYA
-
Pezeşkianın qızı Mehriban Əliyevaya məktub göndərdi: "Böyük ehtiram və sevinc hissi ilə..."
26.08.2026, 17:51 GÜNDƏM
-
İtaliya klubları İkardidən imtina etdi
26.08.2026, 17:47 İDMAN
-
Matviyenko Mehriban Əliyevanı təbrik edib
26.08.2026, 17:42 GÜNDƏM
-
XİN: "Xəbər bizi dərindən kədərləndirdi"
26.08.2026, 17:31 SİYASƏT
-
Zelenski Rusiyada daha 16 hədəfin vurulduğunu açıqladı: "Biz bununla ölkəmizə hücum potensialını azaltmağa çalışırıq"
26.08.2026, 17:15 DÜNYA
-
“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u rüsvay elədi
26.08.2026, 17:07 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
26.08.2026, 17:00 İQTİSADİYYAT
-
Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında - FOTOLAR
26.08.2026, 16:59 GÜNDƏM
-
Azərbaycan və Özbəkistan: tarixi yaxınlıqdan strateji müttəfiqliyə - TƏHLİL
26.08.2026, 16:44 SİYASƏT
-
Ali Koç Fransanın tarixi komandasını satın alır
26.08.2026, 16:39 İDMAN
-
Kanadalı müğənni reklam üçün belə poza verdi - FOTO
26.08.2026, 16:29 ŞOU-BİZNES
-
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında - FOTOLAR
26.08.2026, 16:25 GÜNDƏM
-
Şakarişvili: "Azərbaycan-Özbəkistan əməkdaşlığının genişlənməsi..."
26.08.2026, 16:05 SİYASƏT
-
Özbəkistan Prezidenti Mehriban Əliyevanı təbrik edib - MƏTN
26.08.2026, 15:56 GÜNDƏM
-
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
26.08.2026, 15:27 GÜNDƏM
-
MKİ RƏHBƏRİ MOSKVAYA GƏLDİ: kəşfiyyatçılar nələri müzakirə edir? - Kreml sözçüsü həm gizli səfərdən, həm də Ermənistandakı son durumdan danışdı
26.08.2026, 15:20 GÜNDƏM
-
Pərvin Salahova yenə müdir təyin olundu
26.08.2026, 15:14 PRESS
-
10-cu sinif şagirdlərinin elektron yerdəyişmə prosesə başlayır
26.08.2026, 15:14 GÜNDƏM
-
AAYDA-da görünən və ya görünməyən oyunlar - Vüsal Nəsirli Saleh Məmmədovun kadrları ilə dil tapdı
26.08.2026, 14:43 CƏMİYYƏT