Tramp Ankaraya gəlir: səfər proqramı dəqiqləşdi - Anıtqəbir…

Tramp Ankaraya gəlir: səfər proqramı dəqiqləşdi - Anıtqəbir…  

GÜNDƏM

Bugün, 11:38

ABŞ Prezidenti Donald Trampın 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Zirvəsində kimlərlə görüşəcəyi, hansı tədbirlərə qatılacağı Ağ Ev tərəfindən açıqlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Beştəpədə sarayında çoxsaylı görüşlər keçirəcək Trampın səfər gündəliyində Prezident Ərdoğan, Ukrayna lideri Zelenski və Suriya Prezidenti Şara ilə mühüm ikitərəfli görüşlər də var.

Ağ Evin açıqladığı proqramda Trampın rəsmi qarşılama, liderlərin işgüzar iclası və şam yeməyinə qədər hər şey saatbasaat göstərilib.

Burada ən çox diqqətçəkən isə ABŞ prezidentlərinin Türkiyəyə səfərlərində ənənəvi hal alan Atatürkün uyuduğu Anıtqəbirə ziyarətin yer almamasıdır.

“Reuters”in müxbiri Hümeyra Pamuk da bu məsələyə diqqət çəkib. O bildirib ki, Tramp son anda Ankarada proqramına dəyişiklik edə və Atatürkün məzarını zyarət edə bilər.

Səfər proqramı ilə aşağıdak cədvəldən tanış ola bilərsiniz:

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR