Hücumçu “Qalatasaray” forması ilə məşqə çıxdı, azarkeşlər etiraz elədi – FOTO  

Hücumçu “Qalatasaray” forması ilə məşqə çıxdı, azarkeşlər etiraz elədi – FOTO  

İDMAN

Bugün, 00:04

Türkiyə super liqasında çıxış edən “Samsunspor”un hücumçusu Marius Mouandilmadjinin mövsümöncəsi hazırlıqlara Viktor Osimhenin adı yazılmış “Qalatasaray” forması ilə çıxması birmənalı qarşılanmayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hücumçunun “Qalatasaray” formasıyla yayılan görüntüsü azarkeşlər tərəfindən “topa tutulub”.

Məsələyə klub və futbolçu izah verməyib.

Xatırladaq ki, ötən mövsümdə Marius Mouandilmadji 52 oyuna 23 qol vurub, 7 məhsuldar ötürmə verib.

Fərid ASLAN

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR