DİM-dən imtahana öz yerinə başqalarını keçirməyə cəhd edənlərə - Xəbərdarlıq
GÜNDƏM
02.07.2026, 16:20
Dövlət İmtahan Mərkəzi imtahan iştirakçılarını tələb olunan qaydalarla bağlı diqqətli olmağa çağırıb.
Mərkəzdən Mia.az-a verilən məlumata görə, DİM tərəfindən keçirilən imtahanlarda iştirakçıların bərabər şərtlər altında imtahan verməsi, davranış qaydalarına riayət edilməsinə nəzarət imtahan verənlərin bilik və bacarıqları qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir.
Lakin bəzi hallarda abituriyentlər qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməyə cəhd edirlər. Məlumdur ki, hər bir imtahan nəticəsi elan olunarkən DİM tərəfindən imtahanda baş vermiş qayda pozuntuları haqqında məlumat verilir və imtahanlardan xaric olunmuş abituriyentlərin nəticələrinin ləğv olunması elan edilir.
Bəzi qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Bunlardan ən əsası imtahanda iştirak etməli olan şəxsin əvəzinə başqa birinin imtahan verməsi və ya ona cəhd etməsidir. Bu, tələbə qəbulu qaydalarında da öz əksini tapıb. Abituriyentin yol verməsi qadağan olunan hərəkətlərdən biri məhz saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərməkdir.
Bu gün ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə İdman istiqamətinə aid qabiliyyət imtahanında bir nəfər başqasının yerinə imtahana daxil olmağa cəhd edib. Yoxlama zamanı həmin şəxsin əsl kimliyi müəyyən edilərək imtahana buraxılmayıb. Burada hər iki tərəf məsuliyyət daşıyır. İlk növbədə imtahanda iştirak etməli olan şəxsin bütün imtahan nəticələri ləğv olunur və müsabiqədən kənarlaşdırılır. Eyni zamanda başqasının yerinə imtahana girmək istəyənin də hüquqi məsuliyyəti var. Təəssüf ki, bu şəxslər bəzən ali təhsil müəssisələrinin aşağı kurs tələbələri olurlar və nəticədə onlar ali məktəbdən xaric oluna bilərlər.
Daha əvvəl də bu kimi hallara qarşı Dövlət İmtahan Mərkəzi əlaqədar qurumlarla birlikdə müxtəlif tədbirlər həyata keçirib. Ötən illərdə belə qayda pozuntuları ilə bağlı hüquq mühafizə orqanları müvafiq addımlar atıb və aidiyyəti məhkəmələr tərəfindən lazımi qərarlar verilib.
Odur ki, imtahan iştirakçıları belə məsələlərdə öz məsuliyyətini dərk etməli və bu cür qayda pozuntularından çəkinməlidirlər. Dövlət İmtahan Mərkəzi bir daha vətəndaşlara müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, eləcə də digər imtahanlarla bağlı qanunvericiliyin tələblərinə tam riayət etməyə çağırır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı müvafiq qurumlar tərəfindən ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çempionlar Liqası: "Qalatasaray" uduzdu
Bugün, 01:00 İDMAN
-
Baş nazir Suriyada Hermon dağının zirvəsinə qalxdı, bölgə ölkələrini təhdid etdi: "Bütün ox sonda çökəcək"
Bugün, 00:34 GÜNDƏM
-
"Fənərbağça" - "Roma" matçı: "qara bazar"da bilet satanlar saxlanılıb
Bugün, 00:26 İDMAN
-
Keçmiş baş nazir Ərdoğanı oğlunun toyuna dəvət etdi
Bugün, 00:19 DÜNYA
-
Özgür Özəldən Mənsur Yavaşla Ərdoğanın qapalı görüşünə - Reaksiya
Bugün, 00:12 SİYASƏT
-
"Fənərbağça"nın stadionunun tutumu artırılır - Dam örtüyü 6 metr qaldırılacaq, yeni tribunalar və...
Bugün, 00:08 İDMAN
-
ƏRDOĞAN ELƏ SİYASİ GEDİŞ ELƏDİ Kİ... - Müxalifətin vahid namizədliyinə adı hallanan Yavaşla qapalı görüşdən ilk açıqlamalar (FOTO)
Bugün, 00:01 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Çempionlar Liqası: iki oyunda qapılara 10 qol vuruldu
09.09.2026, 22:52 İDMAN
-
Xaricdən mal gətirmə qaydaları dəyişdi - Hökumət qərar verdi + DETALLAR
09.09.2026, 22:06 İQTİSADİYYAT
-
Leyla Əliyeva, Arzu Əliyeva və diplomatlar Madriddə sərgidə - VİDEO, FOTOLAR (YENİLƏNİB)
09.09.2026, 20:36 GÜNDƏM
-
YƏMƏNDƏ MÜDAFİƏ NAZİRİNİN KARVANINA HÜCUM OLDU - Nazirin taleyi məlum deyil
09.09.2026, 18:56 DÜNYA
-
PUTİN-TRAMP DANIŞIĞINDAN SONRA BAKIYA ZƏNG və ya PAŞİNYANIN PARİSƏ TƏLƏSİK SƏFƏRİ: nə baş verir? (TƏHLİL)
09.09.2026, 18:44 SİYASƏT
-
"Yaşıl Teatr" və Bakı Şəhər Bələdiyyə Teatrı nazirliyin tabeliyinə verildi
09.09.2026, 18:11 MƏDƏNİYYƏT
-
"Əgər Bişkekdə müzakirə olunan sülh, ticarət və nəqliyyat layihələri real nəticələrə çevrilərsə..." - TƏHLİL
09.09.2026, 18:05 SİYASƏT
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
09.09.2026, 17:47 MƏDƏNİYYƏT
-
Məşğulluq Agentliyi eyni şirkətdən anbar icarəyə götürüb
09.09.2026, 17:22 İQTİSADİYYAT
-
İsmayıllıda toyda kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
09.09.2026, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
09.09.2026, 17:00 İQTİSADİYYAT
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09.09.2026, 16:52 GÜNDƏM
-
Dustaqlara futbola baxmaq qadağan olundu
09.09.2026, 16:17 DÜNYA
-
Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı - Saxlanılan var - Foto
09.09.2026, 16:13 PRESS
-
TÜRKİYƏNİN 3 NAZİRİNİN MÖBİL TELEFONUNA SIZMA CƏHDİ OLUB
09.09.2026, 16:01 SİYASƏT
-
"Samsunspor"da ayrılıq olub
09.09.2026, 15:42 İDMAN
-
Təhsil fədakarı... - Səxavət Tağlar Nailə Məmmədovanı təbrik edib
09.09.2026, 15:34 MƏDƏNİYYƏT
-
QHT işi: Qalib Bayramova hökm oxundu
09.09.2026, 15:24 SİYASƏT
-
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə düşdü - FOTO
09.09.2026, 15:15 GÜNDƏM
-
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - VİDEO, FOTOLAR
09.09.2026, 15:08 CƏMİYYƏT
-
İlham Əliyev Xalq artisti vəfatı ilə bağlı nekroloq imzaladı - MƏTN
09.09.2026, 15:02 GÜNDƏM
-
Suriyada silah anbarı partladılıb - Yaralılar var
09.09.2026, 14:47 DÜNYA
-
"Kurtlar Vadisi Pusu" ilə tanınan 54 yaşlı aktrisa bu dəfə geyimiylə gündəm oldu
09.09.2026, 14:17 ŞOU-BİZNES
-
Türkiyə Qara dənizdə yenidən neft axtaracaq
09.09.2026, 14:09 İQTİSADİYYAT
-
Kollecdə korrupsiya faktları üzə çıxdı: 4 nəfərə cinayət işi açıldı
09.09.2026, 13:33 CƏMİYYƏT
-
Ceyhun Bayramov: "Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir"
09.09.2026, 13:18 SİYASƏT