Bakıda qurbağalar niyə qəfil artdı?
CƏMİYYƏT
02.07.2026, 14:22
Son günlər Bakı və Sumqayıtın bəzi ərazilərində qurbağaların kütləvi şəkildə artması sakinlərin narahatlığına səbəb olub. Xüsusilə Bakı şəhərinin Maştağa və Ramana qəsəbələri, eləcə də Abşeron rayonu Novxanı, Saray və Sumqayıt şəhəri Yaşma bağları və Qurd dərəsi ərazilərində həyətlər, küçələr və boş sahələr çoxsaylı qurbağalar ilə dolub. Sakinlərin sözlərinə görə, qurbağaların sayı o qədər artıb ki, onlar hətta avtomobil yollarına çıxaraq nəqliyyatın hərəkətinə də maneə yaradırlar. Bəzi ərazilərdə sürücülər yolda ehtiyatla hərəkət etməyə məcbur olduqlarını bildirirlər. Bu barədə ekoloq Arzu Mustafayev Demokrat.az-a deyib ki, son günlər Bakı və ətraf ərazilərdə, xüsusilə bağ evləri və kəndlərdə qurbağaların sayının artması təsadüfi deyil və bir neçə ekoloji amillə bağlıdır: “Azərbaycanda, xüsusilə Abşeronda geniş yayılan növlərdən biri Bufotes variabilis - yaşıl quru qurbağasıdır. Bu amfibi həm quru, həm də su mühitində yaşaya bilir və uzun illərdir bölgə faunasının bir hissəsidir. Buna görə qurbağaların Bakı ərazisində görünməsi yeni hal olmasa da, son dövrdə saylarının artması diqqət çəkir. Bunun əsas səbəblərindən biri son aylarda yağıntıların artmasıdır. Yağışlar nəticəsində yaranan müvəqqəti gölməçələr və su yığılan sahələr qurbağaların çoxalması üçün əlverişli şərait yaradır. Çünki onların yumurtlama və sürfə mərhələsi mütləq su ilə bağlıdır”. O əlavə edib ki, rütubətin artması həşəratların, xüsusilə ağcaqanadların çoxalmasına da səbəb olur: “Qurbağalar bu canlılarla qidalandığı üçün qida bolluğu populyasiyanın artmasını sürətləndirir. Qurbağalar insanlar üçün təhlükəli deyil və ekosistemdə faydalı rol oynayır. Onlar ağcaqanad və digər zərərvericilərin sayını təbii şəkildə azaldaraq bağ və bostan sahələrinə fayda verir. Qurbağalar ilanlar üçün də qida mənbəyidir. Buna görə onların çoxalması bəzi hallarda ilanların, o cümlədən su ilanları və gürzələrin həmin ərazilərə yaxınlaşmasına təsir göstərə bilər.Qurbağaların həyətlərdə çoxalmasının qarşısını almaq üçün rütubətli sahələri, su durğunluğunu və daldalanacaq yerləri aradan qaldırmaq tövsiyə olunur”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“By Ella” ləqəbli bloqer həbs edildi
Bugün, 09:41 PRESS
-
Azərbaycan neftinin qiyməti 94 dolları ötdü
Bugün, 09:41 İQTİSADİYYAT
-
TÜRKİYƏDƏ DAHA BİR TƏRİQƏT LİDERİ QANDALLANDI: arvadiyla birgə... + FOTOLAR
Bugün, 09:32 SİYASƏT
-
İspaniyada üç ardıcıl zəlzələ qorxu yaradıb
Bugün, 09:10 DÜNYA
-
"UltrAslan" azarkeş qrupunun lideri narkoman çıxdı - Testin nəticəsi bəlll oldu
Bugün, 09:01 İDMAN
-
Jurnalist Rasim Ozan Kütahyalı azadlığa buraxılıb
Bugün, 00:58 PRESS
-
Çempionlar Liqası: "Fənərbağça" heç-heçəyə razılaşdı
Bugün, 00:51 İDMAN
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu - TƏFƏRRÜAT
Bugün, 00:36 KRİMİNAL
-
İsrail Qəzzada kafeni bombalayıb - 5 nəfər ölüb, 12 nəfər yaralanıb
Bugün, 00:29 DÜNYA
-
"İranla hər hansı formada danışıqlar yoxdur və planlanmayıb da" - Trampdan daha bir iddialı mesaj
Bugün, 00:14 GÜNDƏM
-
Türkiyədə klub prezidentini döymək istəyiblər - FOTOLAR
Bugün, 00:12 İDMAN
-
RƏSMİ TEHRAN: "Siz boyunuzu aşan işə girişibsiz, ancaq palyaço tayfasının şapkadan dovşan çıxarmasınə gözləməyin..."
Bugün, 00:03 GÜNDƏM
-
Yunanıstanda güclü meşə yanğınları başlayıb
Bugün, 00:03 DÜNYA
-
Türkiyədə zəlzələ olub
18.08.2026, 23:50 GÜNDƏM
-
Azərbaycanın axtarışa verdiyi rusiyalı nazirin müşaviri vəzifədən istefa verdi
18.08.2026, 22:47 SİYASƏT
-
İran bu ölkəyə raket fırlatdı - Müdafiə Nazirliyi açıqladı
18.08.2026, 21:34 GÜNDƏM
-
TÜRKİYƏDƏ DEPUTAT BIÇAQLANDI - Siyasətçi tərəfindən + VİDEO/FOTO
18.08.2026, 21:23 GÜNDƏM
-
AAYDA sədri özünə daha bir müşavir götürüb - Agentlikdə şöbə müdirinin müavini imiş...
18.08.2026, 19:52 CƏMİYYƏT
-
Müəllimlərin işə qəbulu müsabiqəsi: vakansiya seçiminin nəticələri açıqlandı
18.08.2026, 18:53 GÜNDƏM
-
"Qalatasaray" Barış Alper Yılmaza 50 milyon avro qiymət qoyub
18.08.2026, 18:25 İDMAN
-
AYDA-da daha bir təyinat olub
18.08.2026, 18:07 CƏMİYYƏT
-
TRAMP ELƏ XƏRİTƏ PAYLAŞDI Kİ... - İran ABŞ liderinin "bura bizim torpaq olacaq" mesajına sərt cavab verdi: "Ya bu xəyalpərəst yanlışını düzəldəcək, ya da..."
18.08.2026, 17:59 GÜNDƏM
-
"Qırmızı Körpü" gömrük postunda 1030 avtomobil gözləyir
18.08.2026, 17:52 GÜNDƏM
-
Süleymancılar təriqəti ilə bağlı daha bir şok xəbər - Sabiq nazirin məzarı açılacaq
18.08.2026, 17:35 SİYASƏT
-
Azərbaycan CNN-ə qarşı iddia qaldırıb - Səbəb
18.08.2026, 17:32 PRESS
-
Mətbuat Şurasının üzvü "Beynəlxalq Media və Kommunikasiya Mükafatı"na layiq görülüb
18.08.2026, 17:17 PRESS
-
Azərbaycan və Gürcüstan sərhədində sıxlıq yaranıb
18.08.2026, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
18.08.2026, 17:00 İQTİSADİYYAT
-
Deputatın oğlu istintaqa çağırıldı - iki ittiham var (FOTO)
18.08.2026, 16:45 SİYASƏT
-
Xalq artisti: "Klipin bütün zəhmətini Aysun çəkib"
18.08.2026, 16:29 ŞOU-BİZNES
-
Türkiyədə sərnişin mikroavtobusu dərəyə aşdı: 4 ölü, 10 yaralı var
18.08.2026, 16:26 KRİMİNAL
-
19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu
18.08.2026, 16:09 KRİMİNAL
-
AFFA-da iki departament rəhbəri vəzifədən uzaqlaşdırıldı
18.08.2026, 15:45 İDMAN
-
Prezident İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR
18.08.2026, 15:21 GÜNDƏM