Nazir Vilayət Eyvazov polisləri təbrik etdi: "Bütün istiqamətləri üzrə davamlı surətdə yenilənmiş..." - MƏTN
GÜNDƏM
02.07.2026, 09:56
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Təbrikdə deyilir:
"Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibətilə sizi təbrik edir, ən xoş diləklərimi çatdırıram.
Ötən müddətdə şərəfli bir inkişaf yolu keçmiş və ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə milli maraqların qorunmasında, qanunçuluğun möhkəmləndirilməsində, asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm xidmətlər göstərmiş polis dövlətin etibarlı dayaqlarından biri olaraq formalaşmışdır.
2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyətin bütün istiqamətləri üzrə davamlı surətdə yenilənmiş, təkmilləşmiş, özünü müasir təhlükəsizlik çağırışlarına adekvat cavab verməyə qadir, peşəkar insan resurslarına, qabaqcıl texnologiyalara və güclü maddi-texniki bazaya malik hüquq mühafizə institutu kimi təsdiqləmişdir. Cinayətkarlığa, onun transmilli mütəşəkkil formalarına, kibertəhdidlərə, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə və digər təhlükəli əməllərə qarşı mübarizədə üzərinə düşən vəzifələri bu gün də məsuliyyətlə yerinə yetirir, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunmasına, qanunçuluğun möhkəmləndirilməsinə, bərpa və quruculuq proseslərinə layiqli töhfələr verir.
Əminəm ki, andına həmişə sadiq qalan əməkdaşlarımız bundan sonra da peşəkarlıq, prinsipiallıq və yüksək məsuliyyət nümayiş etdirərək sabitliyin və ictimai təhlükəsizliyin təminatçısı kimi dövlətin və xalqın yüksək etimadını doğruldacaqlar.
Peşə bayramı münasibətilə bütün şəxsi heyətə, veteranlarımıza, xidməti vəzifələri yerinə yetirərkən sağlamlığını itirmiş əməkdaşlarımıza və şəhidlərimizin ailə üzvlərinə möhkəm can sağlığı, xidmətdə yeni-yeni nailiyyətlər və uğurlar arzulayıram!".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İsrail XİN başçısı: "Türkiyə ilə gərginliyi artırmaq istəmirik"
Bugün, 11:18 GÜNDƏM
-
İlham Əliyev Zelenskiyə məktub göndərdi: "Bu əməkdaşlıq strateji tərəfdaşlığımızın mühüm cəhətlərindəndir"
Bugün, 11:08 GÜNDƏM
-
İranın "Hörmüz boğazı" qərarı gərginliyi artırdı, ABŞ Tehranı "son oyun"la hədələdi: "Tarixdə görünməyəcək zərbə planımız işə salınacaq..."
Bugün, 11:06 GÜNDƏM
-
Ağdaşda kişi arvadı və oğlunu bıçaqlayıb
Bugün, 10:50 KRİMİNAL
-
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb
Bugün, 10:34 CƏMİYYƏT
-
Bayram Məmmədovun qardaşı həbsxanada vəfat etdi - Gecə saatlarında Sabunçu xəstəxanasına gətirilib...
Bugün, 10:28 SİYASƏT
-
Prezident İlham Əliyevi Buxara şəhərinə gedib
Bugün, 10:22 GÜNDƏM
-
Magistraturaya boş qalan plan yerlərə qəbul elan olunub
Bugün, 10:14 GÜNDƏM
-
ABŞ SƏFİRİ TÜRKİYƏ-İSRAİL GƏRGİNLİYİ HAQQINDA ŞOK AÇIQLAMALAR VERDİ: "Türk ordusu çox cəsur və hazırlıqlıdır, onlar..." - "Bu, bir seçki oyunudur"
Bugün, 10:07 GÜNDƏM
-
Mauro İkardi hansı klubla anlaşacaq? - Açıqlama
Bugün, 09:59 İDMAN
-
Bu gün 5 rayonda işıq olmayacaq - Xəbərdarlıq
Bugün, 09:52 CƏMİYYƏT
-
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə olunub - Məhkəmə prosesi
Bugün, 09:31 KRİMİNAL
-
Məşhur aktyor tanınmaz halda - FOTO
Bugün, 09:09 MƏDƏNİYYƏT
-
İranlı hakerlər Britaniyada Elektrik Stansiyasını çökdürüb - Nəhəng obyekt dörd gün işləməyib
Bugün, 09:00 DÜNYA
-
Xalq artisti vəfat edib
Bugün, 08:47 MƏDƏNİYYƏT
-
Ege dənizində qorxunc mənzərə: nəhəng balıqlar niyə qırılır? - FOTO
Bugün, 00:57 İQTİSADİYYAT
-
"Trabzonspor" daha bir məşhur hücumçu alır: "İnanın, bazarda normal oyunçu yoxdur"
Bugün, 00:40 İDMAN
-
PREZİDENT İLHAM ƏLİYEV ÖZBƏKİSTANDA: yeni sənədlər imzalandı, mühüm mesajlar + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bugün, 00:31 GÜNDƏM
-
İrandan müharibəni alovlandıracaq qərar - "Hörmüz boğazından keçən gəmilər üçün rüsum alınacaq"
Bugün, 00:29 GÜNDƏM
-
Seda Sayan konsertdə arxada oturanları lağa qoyub, daha sonra isə "Kasıblar" sözünü geri götürdü, lakin...
Bugün, 00:21 ŞOU-BİZNES
-
Özgür Özələ dəstək verən deputat qəfil geri çəkildi: "Ərdoğanla görüşdüm.."
Bugün, 00:13 SİYASƏT
-
Avropanın nəhəng ölkəsindən açıq təhdid: "...Şengendən çıxacağıq"
Bugün, 00:12 DÜNYA
-
Erling Haaland görkəmini dəyişdi - FOTO
Bugün, 00:04 İDMAN
-
Salah varsa, problem yoxdur! - "Trabzonspor" 2 qolla qazandı
Bugün, 00:02 İDMAN
-
İLHAM ƏLİYEVLƏ ŞAVKAT MİRZİYOYEV BİR-BİRLƏRİNİ TƏLTİF ETDİ - FOTOLAR
23.08.2026, 23:54 GÜNDƏM
-
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi və "Oxunguzar"da - FOTOLAR (Yenilənib)
23.08.2026, 23:00 GÜNDƏM
-
Mehriban Əliyeva Özbəkistanın birinci xanımı ilə görüşüb - FOTO
23.08.2026, 20:01 GÜNDƏM
-
Leyla Əliyeva oğulları ilə Daşkənddə - FOTO
23.08.2026, 18:16 SİYASƏT
-
Azərbaycanla Özbəkistan arasında tarixi sənəd: "Əbədi dostluq haqqında Müqavilə” imzalandı - Nələr olacaq? + FOTOLAR
23.08.2026, 17:11 GÜNDƏM
-
Prezident və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
23.08.2026, 16:25 GÜNDƏM
-
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edilib
23.08.2026, 16:16 GÜNDƏM
-
Azərbaycan-Özbəkistan münasibətləri: görünən və görünməyən detallar (TƏHLİL)
23.08.2026, 16:15 SİYASƏT
-
Prezident və xanımı Daşkənddə Heydər Əliyevin barelyefi önündə - VİDEO
23.08.2026, 14:47 GÜNDƏM
-
"Bir-birimizi başa düşürük, bəzi hallarda rus dilində də danışırıq" - Hikmət Hacıyev + VİDEO
23.08.2026, 14:31 SİYASƏT