Samuxda yük maşını çaya aşdı - Sərhədçimiz öldü

Samuxda yük maşını çaya aşdı - Sərhədçimiz öldü

CƏMİYYƏT

01.07.2026, 22:51

Samuxda ölümlə nəticələnən hadisə baş verib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Mingəçevir Su Anbarının Samux rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “MAZ” markalı yük avtomobilin aşması nəticəsində 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxa bilib.

Ölən şəxsin Dövlət Sərhəd Xidmətinin əsgəri olduğu ehtimal edilir. Onun axtarışları davam edir.

Faktla bağlı araşdırma başlanılıb.

***

DSX-dən bildirilib ki, iyul ayının 1-də Samux rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Nəzərov Vüsal Zabil oğlunun olduğu avtomobil sürüşərək çay yatağına düşüb:

“Məlumat daxil olduqdan dərhal sonra Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hadisə yerində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində hərbi qulluqçunun nəşi aşkar edilib”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR