Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi görüşüb

Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi görüşüb

GÜNDƏM

Bugün, 17:08

Baş naziri Əli Əsədov BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə BMT arasında müxtəlif istiqamətlərdə uğurla inkişaf edən əməkdaşlıqdan məmnunluq ifadə olunub.

BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisinin mandatı çərçivəsində qlobal yol hərəkəti təhlükəsizliyinin təşviqi istiqamətində aparılan fəaliyyət yüksək qiymətləndirilib.

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun inkişaf etdirilməsi, rəqəmsal həllərin tətbiqi vasitəsilə nəqliyyat sisteminin təkmilləşdirilməsi sahəsində həyata keçirilən ardıcıl islahatlar barədə bəhs olunub.

Görüşdə yol hərəkəti təhlükəsizliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR