UKRAYNA TAKTİKANI DƏYİŞİB - Rusiyanın logistika mərkəzləri sıradan çıxarılır, yeni antidron silahı da işə salındı

UKRAYNA TAKTİKANI DƏYİŞİB - Rusiyanın logistika mərkəzləri sıradan çıxarılır, yeni antidron silahı da işə salındı

GÜNDƏM

Bugün, 11:38

Ukrayna ordusu Rusiyanın təkcə Krım və digər işğal olunmuş ərazilərdə deyil, həm də elə Rusiyadakı strateji əhəmiyət daşıyan logistika mərkəzlərini sıradan çıxarmağa davam edir.

Mia.az Ukrayna mediasına istinadla xəbər verir ki, ötən gecə Ukrayna ordusu yüzlərlə dron və onlarla raket atəşiylə Rusiyanın hərbi və enerji infrastrukturu daxil olmaqla, həm ölkə daxilində, həm də Rusiya ərazisindəki logistika mərkəzlərinə sarsıdıcı zərbələr endirib: "Ukrayna Silahlı Qüvvələri Rusiyanın Penza şəhərində hərbi zavodu, Volqoqradda bir çox hərbi-sənaye zavodları, Moskva və digər bölgələrdəki  neft emalı zavodlarını, həmçinin Donetsk və Mariupolu birləşdirən nəhəng körpünü, həmçinin  Krımdakı hərbi aerodromunu məhv edib....".

Məlumatda deyilir ki, bununla yanaşı, Ukrayna Rusiyanın dron hücumlarının qarşısını kəsmək üçün möhtəşəm  "ZIRKA" antidron silahını da artıq işə salıb: "Antidron saatda 340 km sürətlə hədəfləri avtomatik taparaq məhv edir".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR