Uşaqlar səhnədə möcüzə yaratdı: “Nağılçı” səfirləri heyran qoydu (FOTOLAR)
MƏDƏNİYYƏT
01.07.2026, 11:31
Uşaqların yaradıcılığını, özünəinamını və ingilis dili bacarıqlarını inkişaf etdirməyi hədəfləyən “Nağılçı” sosial biznesi iyun ayında iki böyük teatr layihəsini uğurla təqdim edib. Mia.az xəbər verir ki, yüzlərlə tamaşaçının izlədiyi “Tıq-Tıq Xanım: Sonra nə oldu?” və “Arşın Mal Alan” tamaşaları gənc istedadların zəhmətini və yaradıcı potensialını nümayiş etdirib. 2019-cu ildən fəaliyyət göstərən “Nağılçı” teatrı uşaqlar üçün yalnız səhnə sənəti deyil, həm də əməkdaşlıq, liderlik və özünüifadə platformasına çevirir. Layihə çərçivəsində müxtəlif yaş qruplarından olan uşaqlar peşəkar məşq prosesi keçərək ingilis dilində çıxış edirlər. İyunun ilk tədbiri olan “Tıq-Tıq Xanım: Sonra nə oldu?” klassik Azərbaycan nağılının müasir davamı kimi təqdim olunaraq dostluq, cəsarət və məsuliyyət kimi dəyərləri ön plana çıxarıb. İyunun 22-də isə musiqi mədəniyyətimizin şah əsəri “Arşın Mal Alan” ingilis dilində səhnələşdirilib. Milli irsimizin dünya dili vasitəsilə təqdim edilməsi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Hər iki tədbirdən əvvəl uşaqların əl işlərindən ibarət sərgi və kiçik yarmarka da təşkil olunub. “Nağılçı”nın iyun ayı uğurları beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmayıb. Tamaşaları izləyən Litva Respublikasının Azərbaycandakı səfiri və ABŞ-ın mədəniyyət üzrə müşaviri uşaqların çıxışlarını yüksək qiymətləndirərək, layihənin ingilis dili tədrisi və mədəniyyətlərarası dialoqa verdiyi töhfəni xüsusi vurğulayıblar. Fəaliyyətini tamamilə sosial biznes modeli üzərində quran “Nağılçı” inklüziv yanaşmanı əsas prinsip hesab edir; burada müxtəlif bacarıqlara malik uşaqlar eyni səhnəni paylaşırlar. Ən diqqətçəkən məqam isə odur ki, satılan hər biletin 10 faizi regionlarda yaşayan uşaqların yaradıcılıq və inkişaf imkanlarının genişləndirilməsinə yönəldilir. Bununla da hər bir tamaşaçı həm sənətə baxır, həm də bölgələrdəki uşaqların gələcəyinə birbaşa dəstək olur. Sosial biznes platforması qarşıdakı aylarda yeni tamaşalar və beynəlxalq əməkdaşlıqlarla daha çox uşağa çatmağı hədəfləyir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezidentlər və birinci xanımlar Buxarada: İsmayıl Samani türbəsi ilə tanışlıq oldu
Bugün, 15:00 GÜNDƏM
-
Prezidentlərin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu
Bugün, 14:50 İQTİSADİYYAT
-
Günə 77 qəpiyə "Nar"dan smartfon!
Bugün, 14:25 İQTİSADİYYAT
-
Nazir, komitə və Agentlik rəhbərləri... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
Bugün, 14:17 GÜNDƏM
-
Macarıstanda qırıcı qəzaya uğradı
Bugün, 14:03 DÜNYA
-
Azercell məşhur oyun platforması “Steam” ilə eksklüziv əməkdaşlığa başlayır
Bugün, 13:59 İQTİSADİYYAT
-
Rüfət Səfərov yenidən hakim qarşısına çıxarıldı - QƏRAR VERİLDİ
Bugün, 13:51 SİYASƏT
-
Bakıda 42 yaşlı arvad ərini bıçaqladı
Bugün, 13:49 KRİMİNAL
-
"Ən əsas sənədlər ölkələrimiz arasında Əbədi dostluq haqqında Müqavilə..." - Ceyhun Bayramov
Bugün, 13:49 SİYASƏT
-
"Söz vermişəm ki, tapşırıqla futbolçu götürməyəcəm“ - Ayxan Abbasovla MÜSAHİBƏ
Bugün, 13:36 İDMAN
-
Səhnə arxasındakı çılpaq həqiqət - Niftalı Namazlının itirilməyən səsi (Monoloq)
Bugün, 13:33 MƏDƏNİYYƏT
-
Əniştə Əkrəm Əylislini niyə öpmüş və ya AYB-nin üz qarasının taleyi
Bugün, 13:20 YAZARLAR
-
Səlahəddin Dəmirtaş prezident olmaq istəyir? - Görüşdən çıxan deputatdan açıqlamalar
Bugün, 13:09 SİYASƏT
-
Paşinyan: "Ermənistanı KTMT-dən çıxarmaq qərarına sevinərəm"
Bugün, 12:59 SİYASƏT
-
Prezident İlham Əliyev Buxara şəhərinə gedib - VİDEO (Yenilənib)
Bugün, 12:47 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:32 CƏMİYYƏT
-
Avropa Ukraynaya yen dəstək paketi elan etdi - 6,1 milyard avroluq
Bugün, 12:18 DÜNYA
-
Daha Mərkəzi Xəstəxanaya direktor təyin olunub
Bugün, 12:13 CƏMİYYƏT
-
Milli Xalça Muzeyi Budapeştdə Beynəlxalq Xalq Sənətkarları Festivalında iştirak edib - FOTO
Bugün, 11:57 MƏDƏNİYYƏT
-
TÜRKİYƏNİN ƏN GÜCLÜ PARTİYASI: seçicilər kimə "hə" deyir? - SON SORĞUNUN NƏTİCƏSİ
Bugün, 11:45 SİYASƏT
-
İsrail XİN başçısı: "Türkiyə ilə gərginliyi artırmaq istəmirik"
Bugün, 11:18 GÜNDƏM
-
İlham Əliyev Zelenskiyə məktub göndərdi: "Bu əməkdaşlıq strateji tərəfdaşlığımızın mühüm cəhətlərindəndir"
Bugün, 11:08 GÜNDƏM
-
İranın "Hörmüz boğazı" qərarı gərginliyi artırdı, ABŞ Tehranı "son oyun"la hədələdi: "Tarixdə görünməyəcək zərbə planımız işə salınacaq..."
Bugün, 11:06 GÜNDƏM
-
Ağdaşda kişi arvadı və oğlunu bıçaqlayıb
Bugün, 10:50 KRİMİNAL
-
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb
Bugün, 10:34 CƏMİYYƏT
-
Bayram Məmmədovun qardaşı həbsxanada vəfat etdi - Gecə saatlarında Sabunçu xəstəxanasına gətirilib...
Bugün, 10:28 SİYASƏT
-
Magistraturaya boş qalan plan yerlərə qəbul elan olunub
Bugün, 10:14 GÜNDƏM
-
ABŞ SƏFİRİ TÜRKİYƏ-İSRAİL GƏRGİNLİYİ HAQQINDA ŞOK AÇIQLAMALAR VERDİ: "Türk ordusu çox cəsur və hazırlıqlıdır, onlar..." - "Bu, bir seçki oyunudur"
Bugün, 10:07 GÜNDƏM
-
Mauro İkardi hansı klubla anlaşacaq? - Açıqlama
Bugün, 09:59 İDMAN
-
Bu gün 5 rayonda işıq olmayacaq - Xəbərdarlıq
Bugün, 09:52 CƏMİYYƏT
-
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə olunub - Məhkəmə prosesi
Bugün, 09:31 KRİMİNAL
-
Məşhur aktyor tanınmaz halda - FOTO
Bugün, 09:09 MƏDƏNİYYƏT
-
İranlı hakerlər Britaniyada Elektrik Stansiyasını çökdürüb - Nəhəng obyekt dörd gün işləməyib
Bugün, 09:00 DÜNYA
-
Xalq artisti vəfat edib
Bugün, 08:47 MƏDƏNİYYƏT