İnam Kərimov Məhkəmə-Hüquq Şurasının üzvlərini topladı: nələr müzakirə olunub?

İnam Kərimov Məhkəmə-Hüquq Şurasının üzvlərini topladı: nələr müzakirə olunub?

CƏMİYYƏT

Bugün, 10:59

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Mia.az xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə sistemində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

İclasda Məhkəmə-Hüquq Şurasının Aparatı və işçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb.

Həmçinin "Azərbaycan Respublikası məhkəmələrinin ədalət mühakiməsinin həyata keçirilməsi fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə sahə Siyahısı və onun tətbiq olunmasına dair Təlimat" və dövrün tələblərinə uyğun olaraq yenidən işlənilmiş "Hakimlərin Etik Davranış Kodeksi" layihələri təsdiq olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR