İsrail ordusu Livanın cənubunda geri çəkilməyi dayandırıb

İsrail ordusu Livanın cənubunda geri çəkilməyi dayandırıb  

DÜNYA

Bugün, 09:28

"Rəsmi Beyrutla birgə bölgədə monitorinq mexanizmi barədə razılığa gəlməyə ehtiyac var. Bu səbəbdən ordumuz Livanın cənubundakı iki pilot ərazisindən geri çəkilməyi təxirə salıb”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı İsrailin KAN dövlət televiziyası yayıb.

Qeyd edilib ki, ötən həftə sonu keçirilən danışıqlar zamanı Livan və İsrail arasında razılaşdırılmış planla bağlı hökumətlə ordu arasında müzakirələr aparılıb: “Müzakirələr nəticəsində geri çəkilmə cədvəlinin əvvəlcə planlaşdırılan vaxtda icrasının mümkünsüzlüyünə qərar verilib. Bu səbəbdən İsrail ordusunun Livanın cənubundakı Zautar və Fərroxun ərazilərindən geri çəkilməsi təxirə salınıb. Hesab olunur ki, Livan və İsrail orduları arasında birgə monitorinq mexanizmi yaradılana qədər hərbçilərimiz orada qalmalıdır”

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR