“WhatsApp”da daha bir yenilik - Telefon nömrəsinə ehtiyac olmayacaq!  

“WhatsApp”da daha bir yenilik - Telefon nömrəsinə ehtiyac olmayacaq!  

PRESS

Bugün, 09:49

Dünyanın ən populyar mesajlaşma platforması olan WhatsApp daha bir yeniliyə hazırlaşır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, platforma istifadəçilərə telefon nömrələri olmadan yalnız unikal istifadəçi adlarından istifadə etməyə şərait yaradacaq.

Qeyd edilib ki, bununla da sistemdə söhbət etməyə imkan verəcək yeni bir məxfilik funksiyası yaradılır: “Qarşıdakı aylarda funksiya mərhələli şəkildə istifadəyə buraxılacaq”

Şirkətdən bildirilib ki, bu funksiyaya keçid məcburiyyət xarakteri daşımayacaq: “İstifadəçi seçimində sərbəst olacaq”

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR