Ərdoğanı təhqir edən erməni bloger təslim oldu (YENİLƏNİB)

Ərdoğanı təhqir edən erməni bloger təslim oldu (YENİLƏNİB)

PRESS

29.06.2026, 16:54

Türkiyə prezidenti Ərdoğanı “Yutub”da və sosial media platformalarında təhqir edən erməni əsilli bloger Tamar Tanrıyara saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, 23 iyunda Marmaris Dəniz Sərhəd Məntəqəsindən çıxmaqla, ölkəni tərk etmişdi.

Məlumata əsasən,  "Prezidenti təhqir etmək" və "İctimaiyyət arasında nifaq salmaq" ittihamları ilə axtarışda olan Tamar Tanrıyarın Aralıq dənizində bir gəmidə gizləndiyi bəlli olub: "O,  Panama bayrağı altında üzən gəmidə saxlanılıb".

İstanbul Baş Prokurorluğundan bildirilib ki,  istintaq çərçivəsində haqqında həbs qərarı verilmiş şübhəli Tamar Tanrıyar xaricdən Kuşadasına gələrək, özü təslim olub: "İstintaq davam edir".

***

Son məlumata görə, ifadəsi alınan erməni bloger polis nəzarətinə verilməklə, sərbəst buraxılıb.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR