Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
PRESS
25.06.2026, 14:52
Azərbaycanın aparıcı internet provayderi Citynet yenilənmiş strategiyası ilə qabaqcıl texnologiyalara daha geniş miqyasda keçid edib.
Mia.az xəbər verir ki, "Citynet ilə rahat yaşa" şüarı müştərilərin gündəlik həyatında internetdən istifadə prosesini daha sadə və rahat etməyə yönəlmiş öhdəliyi ifadə edir.
Artıq istənilən tarifə cəmi 3 kliklə qoşulmaq mümkündür. Tamamilə yenilənmiş veb-sayt daha sadə, sürətli və mobil cihazlara tam uyğun interfeys təqdim edir. Bundan əlavə, yenilənmiş mobil tətbiq vasitəsilə abunəçilər hesab idarəsi, balans yoxlaması, avtomatik ödəniş, operativ xəbərdarlıqlar və dəstək kimi imkanlara asanlıqla qoşula biləcəklər. Tətbiq həm iOS, həm də Android platformalarında əlçatandır.
Yeni strategiya çərçivəsində Citynet mövcud tarif xəttini də optimallaşdırıb.
Artıq hər bir istifadəçi öz büdcəsinə və istifadə vərdişlərinə uyğun təklifi rahatlıqla seçə biləcək. Bundan əlavə, Citynet xüsusi "TələbəPlus" və sosialyönümlü "Qayğı" paketlərini də təqdim edib. Hər iki tarif haqqında ətraflı məlumatı www.citynet.az saytından əldə edə bilərsiniz.
Citynet yenilənmiş strategiyasını vizual kimlik üzərindən də əks etdirir. Yeni brend kimliyində hər bir element xüsusi məna daşıyır: dairə fasiləsiz xidməti, əyri xətlər isə sürətli internetin dinamik və axıcı təbiətini simvollaşdırır. Loqoda "c" hərfi mərkəzi element, nöqtə isə etibarlı və dayanıqlı əlaqənin mərkəzini təmsil edir. Wi-Fi işarəsi "rahat əlaqə" ideyasını, parlaq çəhrayı fiber optik şüanı, yaşıl rəng isə güclü siqnalı əks etdirir. Citynet optimallaşdırılmış tariflər, daha əlçatan xidmətlər, gücləndirilmiş müştəri dəstəyi və istifadəçi ehtiyaclarına uyğun həllərlə hər kəs üçün daha rahat rəqəmsal təcrübə yaradır.
Citynet yüksəksürətli internetlə yanaşı, eksklüziv TV xidmətləri də təqdim edir. Citynet tv vasitəsilə istifadəçilər "Digiturk", "Setanta Sports", "Dizi Channel", "FilmBox" kimi seçilmiş kanalları izləyə, həmçinin "YouTube", "Netflix", "Amazon Prime" və "Spotify" kimi populyar tətbiqlərə asanlıqla çıxış əldə edə bilirlər.
Citynet haqqında
Azərbaycanın aparıcı internet provayderi olan Citynet yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. Citynet, Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar. Citynet müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb
Bugün, 00:04 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
YAP-da gözlənilməz görüş - Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə nələri müzakirə etdi?
24.10.2026, 23:43 SİYASƏT
-
Prezident və ailə üzvləri "FIFA U-15 World Cup and Festivalı"nın rəsmi açılışında - FOTOLAR (Yenilənib)
24.10.2026, 22:34 GÜNDƏM
-
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub - FOTO
24.10.2026, 21:35 GÜNDƏM
-
Xətaidə kütləvi dava: “Ceyhun Sabunçu” ölüb, 9 nəfər tutulub, deputatın oğlu və... - DTX-dən əməliyyat + VİDEO, FOTOLAR (YENİLƏNİB)
24.10.2026, 19:36 KRİMİNAL
-
Gəncədə 60 yaşlı qadın bıçaqlandı
24.10.2026, 18:02 KRİMİNAL
-
Kirayə mənzil mexanizmində yeni qaydalar: Əlçatanlıq artır, yoxsa maliyyə intizamı sərtləşir?
24.10.2026, 17:22 İQTİSADİYYAT
-
Dilarə Əliyeva ARB rəhbərinin müşaviri təyin olundu
24.10.2026, 17:13 PRESS
-
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidentinin başına güllə çaxıldı - Saxlanılanların arasında iki türk də var
24.10.2026, 16:32 KRİMİNAL
-
Leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
24.10.2026, 15:03 GÜNDƏM
-
Xəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı - Nə baş verir?
24.10.2026, 12:30 GÜNDƏM
-
Binalar qazlaşdırılmadan elektrikləşməyə keçir? - VİDEO
24.10.2026, 11:27 CƏMİYYƏT
-
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
24.10.2026, 11:19 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti rekorda doğru gedir - Daha 4.6 dollar bahalaşdı
24.10.2026, 10:19 İQTİSADİYYAT
-
XİN: "Birləşmiş Millətlər Günü mübarək!"
24.10.2026, 10:01 SİYASƏT
-
Zaqatalada silsilə oğurluq... - Həbs olunan var
24.10.2026, 09:23 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24.10.2026, 00:06 CƏMİYYƏT
-
“Azərduz”un içindən qum dənələri və xırda daşlar çıxıb - FOTO
23.10.2026, 23:22 İQTİSADİYYAT
-
TRAMPIN XANIMI DA SİYASƏTƏ ATILDI - Ukraynadakı bir bölgə üçün atəşkəs mesajı verildi
23.10.2026, 22:47 GÜNDƏM
-
Baxçalı Azərbaycan səfiri ilə bir arada: "Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq..."
23.10.2026, 20:30 SİYASƏT
-
"Türkiye Sığorta" şirkətinin istefa verən direktoru yenidən saxlanılıb
23.10.2026, 20:03 KRİMİNAL
-
Gəncədə beşaylıq körpə ölüb
23.10.2026, 19:55 CƏMİYYƏT
-
Hacıqabulda müşavirə - Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub + FOTOLAR
23.10.2026, 19:47 CƏMİYYƏT
-
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub - XİN açıqlama yaydı
23.10.2026, 19:01 GÜNDƏM
-
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
23.10.2026, 19:01 YAZARLAR
-
Moskvada 4 hava limanında uçuşlar dayandırıldı - Dron hücumu var
23.10.2026, 18:53 GÜNDƏM
-
İordaniyada kilsəyə hücum: 9 əfər öldürülüb - FOTOLAR
23.10.2026, 18:47 DÜNYA
-
MHP lideri: "Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması vacibdir"
23.10.2026, 18:34 SİYASƏT
-
Dövlət Baxçalı qurultaya gedir
23.10.2026, 18:28 SİYASƏT
-
Yılmaz Vural Türkiyədə futbol klubu alıb
23.10.2026, 18:20 İDMAN
-
Klub prezidentindən futbolçulara sərt xəbərdarlıq: "Özünüzü əfv etdirmək istəyirsinizsə..."
23.10.2026, 18:12 İDMAN
-
Türkiyənin 47 illik nəhəng şirkəti müflis olub - 4000-dən çox tərəfdaşı var!
23.10.2026, 18:07 İQTİSADİYYAT
-
Milli Məclisin növbəti iclasında hansı qanunlara dəyişiklik olunacaq? - SİYAHI
23.10.2026, 18:00 GÜNDƏM