Ankarada Türk İnternet Media Birliyinin II Qurultayı: Aqil Ələsgər İdarə Heyətinə seçildi - FOTOLAR
PRESS
29.06.2026, 16:17
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 mart 2023-cü il tarixli 6906 saylı Qərarnaməsi ilə “Beynəlxalq xarakterli təşkilatların qurulması haqqında” Qanun çərçivəsində yaradılan Türkiyə İnternet Media Birliyinin (TİMBİR) II Qurultayı Ankarada keçirilib.
Mia.az xəbər verir ki, qurultayda dövlət qurumlarının, media təşkilatlarının, qeyri-hökumət sektorunun rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, həmçinin TİMBİR-in Türkiyə və xarici ölkələrdən olan üzvləri iştirak ediblər.
Qurultayın açılışında çıxış edən TİMBİR Başqanı Dr. Süleyman Basa bildirib ki, birlik qısa müddətdə internet mediasının ortaq platformasına çevrilib. Onun sözlərinə görə, TİMBİR hazırda Türkiyənin 81 vilayətində və dünyanın 26 ölkəsində təmsil olunur.
“TİMBİR bu gün 81 şəhər və 26 ölkədə fəaliyyət göstərir. Yüzlərlə media qurumunu eyni dam altında birləşdirən güclü bir təşkilat qurmuşuq”.
S.Basa vurğulayıb ki, keçirilən Qurultay yalnız rəhbərliyin müəyyənləşdirilməsi məqsədi daşımır, eyni zamanda son üç ilin fəaliyyətinin qiymətləndirilməsi və gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“Bu gün burada sadəcə Qurultay keçirmirik. Eyni zamanda üç illik əməyimizin hesabatını verir, yeni dövrün məqsədlərini birlikdə müəyyənləşdiririk.”
Başqan qeyd edib ki, TİMBİR media etikası, mətbuat azadlığı, dezinformasiyaya qarşı mübarizə, rəqəmsal təhlükəsizlik, müəllif hüquqları, media təhsili və beynəlxalq əməkdaşlıq istiqamətlərində geniş fəaliyyət göstərir.
TİMBİR Ali Məşvərət Şurasının sədri Seyfullah Hacımüftüoğlu isə bildirib ki, birlik yarandığı gündən etibarən davamlı inkişaf yolu keçərək güclü institusional quruma çevrilib. Onun sözlərinə görə, TİMBİR Anadolu boyunca möhkəm təşkilatlanma yaradıb və Türkiyənin hər bölgəsindən media nümayəndələrini eyni çətir altında birləşdirməyi bacarıb.
Hacımüftüoğlu yeni dövrdə daha çox çalışmalı olduqlarını vurğulayaraq bildirib: “Dayandığımız anda hədəfdən uzaqlaşarıq. Pedalı daha sürətlə çevirməliyik. Çünki dünya çox sürətlə dəyişir.” Digər çıxışçılar da TİMBİR-in üç illik fəaliyyətinin qənaətbəxş olduğunu vurğulayıblar.
Daha sonra TİMBİR-in yeni dövr üzrə İdarə Heyəti, Nəzarət və İntizam Şuraları, Siyasət Məsləhət Şurası, İnternet Etika Şurası, Gənc TİMBİR, GİMER və Media Texnologiyaları Şurası, həmçinin regional rəhbərlərin tərkibi müəyyənləşdirilib.
Qurultayın Divanına Hasan Kartal sədrlik edib. Divanın üzvləri isə Cüneyd Altıparmak, Semra Aman Akyürek və Serkan Kundakçı olublar.
“Yeni Çağ” Media Qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər növbəti dəfə TİMBİR İdarə Heyətinə seçilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
XİN: Səməd Nəsrullayevin cənazəsi Azərbaycana yola salınıb
18.07.2026, 18:06 GÜNDƏM
-
İran Küveytin neft, enerji və su infrastrukturuna ağır zərbələr endirib (Yenilənib)
18.07.2026, 15:47 DÜNYA
-
Finlandiyada “Arşın mal alan” operettası uşaqların ifasında nümayiş etdirilib - FOTOLAR
18.07.2026, 14:19 MƏDƏNİYYƏT
-
Güclü külək əsəcək - Xəbərdarlıq
18.07.2026, 14:01 GÜNDƏM
-
Anar Ələkbərov, Leyla Əliyeva və rəsmilər Macarıstanda - FOTOLAR
18.07.2026, 13:04 MƏDƏNİYYƏT
-
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb
18.07.2026, 10:53 CƏMİYYƏT
-
ABŞ-ın Bəhreyndəki mühüm hərbi obyektləri vurulub
18.07.2026, 10:36 GÜNDƏM
-
Azərbaycan neftinin qioyməti 91 dolları ötüb
18.07.2026, 10:09 İQTİSADİYYAT
-
İran Səudiyyə Ərəbistanı və Küveytə zərbə endirib
18.07.2026, 08:33 GÜNDƏM
-
ABŞ və İran orduları bir-birlərinə zərbələr endirir
18.07.2026, 00:06 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
18.07.2026, 00:03 CƏMİYYƏT
-
Mikayıl Cabbarov Özbəkistanda - Şavkat Mirziyoyevlə fikir mübadiləsi aparılıb
17.07.2026, 21:10 İQTİSADİYYAT
-
Şirkətlər 256 milyon manatı "Bank Respublika"dan geri çəkib
17.07.2026, 19:50 İQTİSADİYYAT
-
İstanbulda ictimai nəqliyyatda gedişhaqları qalxdı – Yeni qiymətlər
17.07.2026, 18:55 İQTİSADİYYAT
-
Seda Sayandan qadınlara məsləhət: “Ərinizin subay dostunu evə soxmayın”
17.07.2026, 18:25 ŞOU-BİZNES
-
KTN: III investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
17.07.2026, 18:07 İQTİSADİYYAT
-
Azərbaycan Premyer liqası: komandalar yeni mövsümə necə hazırlaşır?
17.07.2026, 17:59 İDMAN
-
Azərbaycan, Türkiyə, İran, Qırğızıstan, Özbəkistan və Pakistan birgə hərbi təlim keçirəcək
17.07.2026, 17:50 GÜNDƏM
-
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modeli... - Əli Əsədov qərar imzaladı
17.07.2026, 17:40 GÜNDƏM
-
Baş nazir "Peşəkar mühasib" sertifikatının verilməsi barədə qərar imzalayıb
17.07.2026, 17:20 İQTİSADİYYAT
-
FİFA “Səbail”ə transfer qadağası qoyub
17.07.2026, 17:09 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
17.07.2026, 17:00 İQTİSADİYYAT
-
Kılıçdaroğlu və Özəl Dəniz Baykalın xanımının dəfnində: tərs baxışlar, gərilən sifətlər... - FOTOLAR
17.07.2026, 16:56 SİYASƏT
-
II və III ixtisas qrupları üzrə imtahan cavabları elan edildi - Ən yüksək bal toplayanlar kimlərdir?
17.07.2026, 16:42 GÜNDƏM
-
Energetika Nazirliyi son 6 ayın neft-qaz göstəricilərini açıqladı - Hesabat
17.07.2026, 16:29 İQTİSADİYYAT
-
"Elektron iştirakçılıq" altsistemi yaradılıb - Fərman
17.07.2026, 16:26 GÜNDƏM
-
Prezident gömrüklə bağlı qanuna dəyişiklik etdi
17.07.2026, 16:20 İQTİSADİYYAT
-
Fərəh Əliyeva: "Yüksəliş" uğurlu insanların bir-biri ilə yarışdığı platformadır"
17.07.2026, 16:15 CƏMİYYƏT
-
BAYRAMOV VƏ LAVROV BİR ARADA: "Cənubi Qafqazda yeni reallıqlar və yeni təhlükəsizlik formatı... - "Birbaşa aviareyslərin bərpası gözlənilir"
17.07.2026, 15:59 SİYASƏT
-
BƏƏ-dən İrana xəbərdarlıq: “Bəhreyn, Küveyt, Qətər və İordaniyaya hücum…”
17.07.2026, 15:48 DÜNYA
-
İran ordusundan sensasion bəyanat: “Qətərdə ABŞ təyyarələri vurulub, bəziləri...”
17.07.2026, 15:43 GÜNDƏM
-
Əvvəl arvadını, sonra özünü bıçaqlayıb - Ucarda
17.07.2026, 15:32 KRİMİNAL
-
Azərbaycan Premyer Liqası: 2026/2027 mövsümünün püşkü atıldı
17.07.2026, 15:18 İDMAN
-
Əməkdar jurnalist komadan ayılıb
17.07.2026, 15:08 PRESS