MHP lideri: “NATO Türkiyə üçün "itaət mərkəzi" deyil”  

MHP lideri: “NATO Türkiyə üçün \"itaət mərkəzi\" deyil”  

DÜNYA

Bugün, 12:09

“NATO nə Türkiyə üçün sədaqət andı, nə də qeyd-şərtsiz itaət mərkəzi və tabe olacağı bir komandanlıq mərkəzidir".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri iyulun 6-7-də Ankarada keçiriləcək NATO Zirvə Toplantısı ərəfəsində Prezident Ərdoğanın Cumhur İttifaqında siyasi mütəffiqi olan MHP lideri Dövlət Baxçalı parlamentdə deyib.

O, sammitə sayılı günlər qalmış bildirib ki, Türkiyənin ittifaq daxilindəki güclü mövqeyi danılmazdır. Ancaq ölkəsinin milli təhlükəsizlik anlayışı hər şeydən üstündür: “Türkiyə 1952-ci ildən bəri NATO-ya coğrafi üstünlüklər təmin etməklə yanaşı, min illər boyu davam edən hərbi təcrübəsi və əsgərlərinin fədakarlığı ilə ittifaqa əhəmiyyətli töhfələr verib. Bu gün də Türkiyə NATO masasında şərəflə oturur. Ev sahibliyi etdiyimiz NATO Zirvə Toplantısı ilə Türkiyə ittifaqın gələcəyinin formalaşmasında mühüm rol oynayacaq. Paytaxt Ankaranı nəzərə almadan NATO-da irəliləmək mümkün deyil”.

MHP lideri daha sonra deyib ki, Türkiyə NATO-da hərbi xəstəxanası olmayan yeganə ölkədir: “Hərbi xəstəxanalar yenidən açılmalıdır. Xüsusi hərbi həkimlər ordusu zərurətdir. Bu, milli yaşam məsələsidir".

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR