Erməni bloger axtarışa verildi – Türkiyədən qaçıb  

Erməni bloger axtarışa verildi – Türkiyədən qaçıb  

PRESS

29.06.2026, 00:13

“Yutub”da və sosial media platformalarında Türkiyə prezidenti Ərdoğanı təhqir edən erməni əsilli bloger Tamar Tanrıyara cinayət işi açılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Prezidenti təhqir etmək" və "Açıq şəkildə yanlış məlumat yaymaq" ittihamları ilə istintaqa çağırılsa da, gəlməyib.

Türkiyə mediası yazır ki, axtarışa verilən Tamar Tanrıyarın 23 iyunda Marmaris Dəniz Sərhəd Məntəqəsindən ölkəni tərk etdiyi bəlli olub.

İstanbul və Ankara Prokurorluğu isə Tamar Tanrıyar haqqında iki ayrı-ayrı epizodlar üzrə cinayət işləri açıb və onun barəsində rəsmi axtarış elan edib: “Onun barəsində toplanmış materiallar əsasında İnterpol xəttiylə axtarış başlayıb”.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR