Respublika Diaqnostika Mərkəzinin baş həkimi dəyişdi - Ekspert yüksək vəzifəyə gətirildi

Respublika Diaqnostika Mərkəzinin baş həkimi dəyişdi - Ekspert yüksək vəzifəyə gətirildi

CƏMİYYƏT

Bugün, 13:17

Respublika Diaqnostika Mərkəzinin baş həkimi dəyişib.

Mia.az məlumatına görə, xəstəxananın baş həkimi, tibb elmləri namizədi Könül Xəlilova vəzifədən azad edilib.

O, 2016-cı ildən bu vəzifədə çalışırdı.

Respublika Diaqnostika Mərkəzinə yeni baş həkim təyinatı imzalanıb.

Bu vəzifəyə mama-ginekoloq Nigar Axundova gətirilib. O, son təyinatadək “Caspian International” Hospitalın baş həkimi işləyib.

N. Axundova Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertidir.

Xatırladaq ki, “Respublika Diaqnostika Mərkəzi” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Mərkəzə əvvəllər keçmiş səhiyyə naziri Oqtay Şirəliyev rəhbərlik edib. O, 2025-ci il oktyabrın 3-də dünyasını dəyişib. Hazırda mərkəzin baş direktoru Rəşid Vəzirovdur.(ölkə.az)

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR