Bir ay əvvəl "Azal"dan bilet alır, lakin... - Hava limanında aldığı cavabdan şoka düşən sərnişin kompensasiya gözləyir, bəs şirkət nə deyir?

Bir ay əvvəl \"Azal\"dan bilet alır, lakin... - Hava limanında aldığı cavabdan şoka düşən sərnişin kompensasiya gözləyir, bəs şirkət nə deyir?

CƏMİYYƏT

Bugün, 12:01

""Azal"dan bilet 1 ay öncə alınıb, "Azal" uçuşu 5 gun sonra ləğv edib. Ancaq bizə hec bir xəbərdarlıq göndərməyib".

Mia.az xəbər verir ki, bu məlumatı Feysbuk-dakı "Hüquqşünaslar" qrupunda Könül Məhəmməd adlı şəxs yazıb.

O bildirib ki, məsələdən hava limanında agah olublar: "Aeroportd bizə uçuşun ləğv edildiyi deyilir. və qeydd olunur ki, guya bu barədə bizə emailə mesaj göndərilib. Dedik, əgər göndəribsinizsə, forward edin yenidən, edə bilmədilər. Cunki, bize mesaj gəlməyib. Bilmək istəyirem, biz "Azal"dan kompensasiya ala bilərik?"

Mia.az xəbər verir ki, paylaşıma müxtəlif şərhlər yazılıb.

"Azərbaycan Hava Yolları"ndan (AZAL) isə şikayətçiyə belə cavab verilib:

"Salam, hörmətli Konul Muhammedi,

Sərnişinlərimizin rəyləri bizim üçün çox önəmlidir. Qeyd etdiyiniz məqam aviaşirkətin müvafiq komandasına təqdim olunacaq.
Məsələnizin araşdırılması üçün zəruri məlumatları təqdim etməyinizi xahiş edirik: sorğu və ya bilet nömrəsi, ad və soyad.
Bundan əlavə, məsələ ilə bağlı tələb olunan məlumatları [email protected] elektron poçt ünvanına da göndərə bilərsiniz".
Hüseyn
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR