Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı olub - Nələr müzakirə edilib?

Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı olub - Nələr müzakirə edilib?

GÜNDƏM

Bugün, 18:57

Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə XİN başçısı Hakan Fidan arasında telefon danışığı lub.

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, iki ölkə arasında mövcud olan strateji əməkdaşlığın gündəliyi, habelə beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və əlaqələndirmə məsələləri müzakirə olunub.

Nazirlər qardaş ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı dəstəyin ikitərəfli münasibətlərin əsasını təşkil etdiyini vurğulayaraq qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə sıx əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Telefon danışığı zamanı həmçinin regionda mövcud təhlükəsizlik vəziyyəti, postmünaqişə dövründə gedən proseslər, regional sülh və sabitliyin təmin olunması istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR