ABŞ və İran razılaşdı: Hörmüz boğazı ilə bağlı – TEHRAN TƏSDİQLƏDİ  

ABŞ və İran razılaşdı: Hörmüz boğazı ilə bağlı – TEHRAN TƏSDİQLƏDİ  

GÜNDƏM

Bugün, 09:43

Dünən İsveçrdə ABŞ və İran nümayəndələri arasında Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidi üçün mexanizmin yaradılması barədə razılıq əldə edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Qeyd edilib ki, İsveçrədə 18 saatlıq danışıqlar başa çatıb və bundan sonra prosesi texniki qruplar aparacaq: “Yekun razılaşma üçün danışıqlara başlamaq üçün hazırlıqlar müzakirə olunur. Danışıqlar müsbət və konstruktiv atmosferdə keçib”.

Bəyanatda həmçinin Livandakı vəziyyətə toxunulub və bildirilib ki, burada münaqişələrin qarşısının alınması üçün yeni mexanizm formalaşdırılacaq.

Tahir

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR