ARDNF-nin İcraçı direktoru İtaliyada Forumda iştirak edib
İQTİSADİYYAT
19.06.2026, 17:07
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov İtaliyaya işgüzar səfəri çərçivəsində 17–19 iyun tarixlərində Romada keçirilən "FII Priority Europe" Forumunda iştirak edib.
Mia.az xəbər verir ki, Gələcək İnvestisiya Təşəbbüsü (FII) İnstitutu tərəfindən təşkil olunan və Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) təsisçi tərəfdaş qismində dəstəklədiyi tədbir "Yeniləşən Avropa: Kapital, suverenlik və strateji muxtariyyət" mövzusu üzrə keçirilib.
Tədbirdə əsas diqqət Avropanın enerji, texnologiya, təhlükəsizlik və maliyyə sahələrində strateji müstəqilliyinin gücləndirilməsinə yönəlib. Dünyanın aparıcı investorlarını, dövlət xadimlərini və innovasiya sahəsinin nümayəndələrini bir araya gətirən Forumda kapitalın Avropanın uzunmüddətli rəqabət qabiliyyətinin gücləndirilməsində oynaya biləcəyi rol müzakirə olunub.
İsrafil Məmmədov uzunmüddətli kapitalın irihəcmli infrastruktur layihələrinin maliyyələşdirilməsində oynadığı rolun müzakirə olunduğu "Avropanın gələcək infrastruktur inkişafını kim maliyyələşdirəcək?" adlı panel müzakirəsində iştirak edib. Çıxışında İsrafil Məmmədov qeyd edib ki, qlobal miqyasda investisiya kapitalının həcmi kifayət qədər yüksəkdir, əsas çağırış isə bu resursların institusional standartlara cavab verən yüksək keyfiyyətli layihələrə effektiv şəkildə yönləndirilməsidir. ARDNF-nin bu yanaşmanı praktikada necə tətbiq etdiyini izah edən İcraçı direktor bildirib: “Biz bütün bazarlarda investisiya qərarlarımızı sabitlik, aktivlərin keyfiyyəti və uzunmüddətli dəyər yaratmaq prinsipləri əsasında formalaşdırırıq. İtaliyadakı sərmayələrimiz də bunun bariz nümunəsidir. Nəqliyyat və enerji sektorlarında uzunmüddətli perspektivdə portfelimizdə saxlamağı hədəflədiyimiz yüksək keyfiyyətli infrastruktur aktivlərinə sərmayə yatırmışıq. Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir və ölkə ARDNF-nin qlobal investisiya portfelində investisiya həcminə görə dördüncü ən böyük istiqamət olaraq yer alır.”
İşgüzar səfər çərçivəsində ARDNF-nin İcraçı direktoru dövlət qurumları, özəl sektor və suveren fondların nümayəndələri ilə bir sıra görüşlər keçirərək qarşılıqlı maraq doğuran məsələlər, investisiya imkanları və gələcək əməkdaşlıq perspektivləri ətrafında məhsuldar müzakirələr aparıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Baxçalı Azərbaycan səfiri ilə bir arada: "Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq..."
Bugün, 20:30 SİYASƏT
-
"Türkiye Sığorta" şirkətinin istefa verən direktoru yenidən saxlanılıb
Bugün, 20:03 KRİMİNAL
-
Gəncədə beşaylıq körpə ölüb
Bugün, 19:55 CƏMİYYƏT
-
Hacıqabulda müşavirə - Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub + FOTOLAR
Bugün, 19:47 CƏMİYYƏT
-
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub - XİN açıqlama yaydı
Bugün, 19:01 GÜNDƏM
-
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
Bugün, 19:01 YAZARLAR
-
Moskvada 4 hava limanında uçuşlar dayandırıldı - Dron hücumu var
Bugün, 18:53 GÜNDƏM
-
İordaniyada kilsəyə hücum: 9 əfər öldürülüb - FOTOLAR
Bugün, 18:47 DÜNYA
-
MHP lideri: "Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması vacibdir"
Bugün, 18:34 SİYASƏT
-
Dövlət Baxçalı qurultaya gedir
Bugün, 18:28 SİYASƏT
-
Yılmaz Vural Türkiyədə futbol klubu alıb
Bugün, 18:20 İDMAN
-
Klub prezidentindən futbolçulara sərt xəbərdarlıq: "Özünüzü əfv etdirmək istəyirsinizsə..."
Bugün, 18:12 İDMAN
-
Türkiyənin 47 illik nəhəng şirkəti müflis olub - 4000-dən çox tərəfdaşı var!
Bugün, 18:07 İQTİSADİYYAT
-
Milli Məclisin növbəti iclasında hansı qanunlara dəyişiklik olunacaq? - SİYAHI
Bugün, 18:00 GÜNDƏM
-
Müğənni Murat Boz Hadisənin bu şəkillə yada saldı - FOTO
Bugün, 17:59 ŞOU-BİZNES
-
"Fənərbaxça"nın ingilis müdafiəçisi derbiyə belə hazırlaşır - FOTO
Bugün, 17:48 İDMAN
-
“Baku Steel Company”də struktur dəyişiklikləri və yeni təyinatlar aparılıb
Bugün, 17:35 İQTİSADİYYAT
-
Rayonlarda yağıntılı hava iki gün davam edəcək - Xəbərdarlıq
Bugün, 17:30 GÜNDƏM
-
13 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
Bugün, 17:13 CƏMİYYƏT
-
Mərkəzi Bankda yeni təyinat olub
Bugün, 17:08 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: nələr üzə çıxdı? - Nöqsanlarla bağlı 4 quruma məlumat göndərildi
Bugün, 16:46 CƏMİYYƏT
-
Arif Mərdanov kollektivə belə təqdim edildi - FOTO
Bugün, 16:17 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Fərman imzalayıb
Bugün, 16:05 GÜNDƏM
-
Əli Kərimlinin işi məhkəməyə göndərildi
Bugün, 15:56 SİYASƏT
-
Bakı, Gəncə və Sumqayıtda əməliyyat: 82 kiloqram narkotik vasitə və...
Bugün, 15:51 KRİMİNAL
-
Arsen Venger Bakıda - FOTO
Bugün, 14:05 İDMAN
-
Milli Məclisin növbəti iclasının vaxtı bəlli oldu
Bugün, 13:48 GÜNDƏM
-
Azərbaycan və Hindistan XİN başçısı bir arada: "Son illər bir sıra məsələlərdə fikir müxtəlifliyi olub, amma..." - Yeni əməkdaşlıq mesajları verildi (Yenilənib)
Bugün, 13:42 SİYASƏT
-
"Aqrar sahə haqqında" qanun layihəsi qəbul olunub
Bugün, 13:35 İQTİSADİYYAT
-
PUTİNDƏN MÜSAHİBƏ: "Bu, bir növ siyasi şizofreniyadır, ümid edirəm ki..." - "Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil"
Bugün, 13:08 SİYASƏT
-
Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir
Bugün, 13:02 SİYASƏT
-
Magistratura və doktoranturanı bitirərən hərbçilər... - Yeni qanun
Bugün, 12:51 GÜNDƏM
-
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
Bugün, 12:48 İQTİSADİYYAT