"Kapital Bank" "Bakı Fond Birjası"na 100 milyonluq istiqraz yerləşdirir

\"Kapital Bank\" \"Bakı Fond Birjası\"na 100 milyonluq istiqraz yerləşdirir

İQTİSADİYYAT

Bugün, 09:46

"Kapital Bank" ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 100 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

Mia.az xəbər verir ki, sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 1 000 000 ədəd faizli, sənədsiz, adlı, təminatsız istiqrazdan gedir. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 12 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 10 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, "Kapital Bank" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir/report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR