“Hadisəyə intihar donu geyindirməsinlər” - Vəkil oğlunun ölümündəki müəmmadan danışdı
CƏMİYYƏT
18.06.2026, 08:53
Bir neçə gün əvvəl binanın damından özünü ataraq intihar etdiyi bildirilən 19 yaşlı Cavid Ağazadənin ölümü ilə bağlı müəmmalı məqamlar ortaya çıxıb.
Gəncin atası Qabil Ağayev Mia.az-a açıqlamasında ilginc fikirlər söyləyib.
Yeri gəlmişkən, Q.Ağayev 7 ildi vəkillik fəaliyyəti göstərir və 18 saylı vəkil bürosunda çalışır.
Vəfat edən Cavid Ağayev ailədə ortancıl uşaq olub.
Hazırda oğlunun yası ilə əlaqədar işlərə başı qarışan vəkil mia.az-a bildirib ki, o, yaxın günlərdə istintaqın gedişatı ilə maraqlanacaq və müvafiq prossesual hərəkətlərin yerinə yetirilməsini sorğulayacaq: “Mən icazə verməyəcəm ki, oğlumun ölümünə intihar donu geyindirilsin. Ortada çoxlu suallar var. O binanın damında intihar etmək mümkün deyil. Orada bir sıra istintaq hərəkətləri aparılmalı, ekspertizalar keçirilməlidi. Mən nəzarət edəcəm, vəsatətlər verəcəm ki, bu işlər görülsün”.
Xatırladaq ki, hadisə iyunun 10-da Bakının Xətai rayonu İnqilab İsmayılov küçəsində baş verib. 19 yaşlı Cavid Ağayev 2 dostu ilə birlikdə həmin küçədə yerləşən binalardan birinin damına çıxıb. Orada dostlarının gözünün önündə özünü damdan ataraq intihar edib.
Vəkilin ailəsi Suraxanı rayonunda yaşayır, vəfat edən gənc həmin rayonun 65 saylı orta məktəbində təhsil alıb. Bəs onların Xətai rayonunda yerləşən binaya gəlməsi və məhz orada intihar etməsinin nə səbəbi ola bilərdi?
Yeri gəlmişkən, bina 9 mərtəbəlidi. 5-ci mərtəbədə kamera var. Gənclərin binaya girişi və dama qalxmasının görüntüləri var. Amma damda kamera olmadığıyçün orada baş verənlər bilinmir. Cavidin dostlarının ifadəsinə görə, o, qəfildən özünü atıb və mane ola bilməyiblər. Ata isə deyir ki, həmin damda qəfildən intihar etmək mümkün deyil: “Orada elə şərait var ki, intihar niyyətində olan adamı asanlıqla fikrindən daşındırmaq və vaxt qazanmaq olardı”.
Vəkil əlavə edir ki, Yəhya və Elnur adlı gənclər onun oğlunun uşaqlıq dostları olub. Hadisədən əvvəl binanın həyətində onların arasında mübahisə düşdüyünə dair yayılan fikirlərə münasibətini bildirən vəkilin sözlərinə görə, bu barədə onlara heç nə məlum deyil.
Hadisə günü dostlar həmin küçədə yerləşən 265 saylı orta məktəbin arxasında, əvvəllər “Akvarium” adlanan kafedə yemək yeyiblər:
- Oraya tez-tez gedirdilər, xəbərimiz vardı. Nəyə görə məhz oranı seçmişdilər, bilmirəm. Daha sonra 9 mərtəbəli binanın damına çıxıblar. Bunun da səbəbini bilmirik. Mən hadisədən sonra oraya getdim, binanı gəzdim, çəkiliş etdim. Sonuncu mərtəbədə dama çıxan pilləkən var, uşaqlar həmin yerdən dama çıxıblar. Niyə çıxıblar, anlaya bilmirəm.
- Qisas motivi ola bilərmi, sizcə?
- İstintaq bunu araşdırmalıdı. İntihar etdi, deyirlər, mən bunu anlamıram. Bir insan intihar edəcəksə, niyə yanına iki nəfər də götürür? Bunu əvvəlcədən planlaşdırıbsa, niyə dostları mane olmayıb? Orada binanın damı elə tikilib ki, oğlum intihara cəhd etsəydi, yanındakılar çox rahat şəkildə onu kənara çəkə bilərdi. Burada baş verənlər onu göstərir ki, dostları nəinki mane olmaq, əksinə, ya kömək ediblər ona özünü damdan atmağa, ya da sadəcə, kənarda dayanıb seyr ediblər.
- Siz həmin uşaqlarla danışmısınız?
- Dəfələrlə söhbət etdim. Hər dəfə də bir-birindən fərqli danışırlar. Bir sözü digəriylə düz gəlmir. Hətta Yəhya var, o, hadisədən sonra ortada yoxdu. Nə yasa gəldi, nə zəng edib. Ailəsi də görünmür. Elnurun ailəsi yasa gəlmişdi, amma bizdə çox gərgin ab-hava vardı, onlar çıxıb getdilər, ətraflı danışa bilmədik. Mən bu yas işləri başa çatandan sonra o uşaqlarla ciddi araşdırma edəcəm.
- Bəlkə çəkinirlər? Məsələn, ortada hansısa qadağan olunmuş vasitənin istifadəsi səbəb ola bilərdimi? Hadisədən sonra dərhal qan təhlilləri aparılıbmı?
- Bəli, 3-4 ekspertiza mütləq aparılmalıydı. Mən Xətai rayon prokurorluğunun müstəntiqi ilə danışdım, mənə bildirdilər ki, müvafiq araşdırma gedir, oğlumun hadisə zamanı yanında olan dostlarının da ifadələri alınıb və sərbəst buraxılıblar. Amma mən işin üstündə möhkəm dayanacam. Əgər başqa motiv və səbəb varsa, diqqətlə araşdırılsın və hadisəyə intihar adı verib işi bağlamasınlar.
- DİN tərəfindən hadisəyə münasibət olubmu?
- Nazirliyin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev mənimlə əlaqə saxladı və bildirdi ki, bütün zəruri tədbirlər görülür. Mən də istintaqa vəsatətlər verəcəm. O uşaqların ifadəsi diqqətlə araşdırılmalıdı. Mən onların fikirlərindəki rabitəsizliyi tutmuşam. Özlərinə də dedim ki, gedin, fikirləşin və mənə həqiqəti danışın. Hadisəni olduğu kimi deyin. Hətta səhvləriniz varsa, onu da deyin. Bəlkə həqiqəti bilsəm, bu ölümlə barışacam.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
RƏSMİ BAKININ SÜRƏTLİ MÜDAXİLƏSİ: İsrail qondarma erməni soyqırımı oyunundan niyə geri çəkildi? - TƏHLİL
Bugün, 14:36 SİYASƏT
-
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb - FOTOLAR
Bugün, 14:01 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:34 GÜNDƏM
-
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında - FOTOLAR
Bugün, 11:09 GÜNDƏM
-
Prezident İlham Əliyev Laçında - "Həkəriçay" su anbarının təməli qoyuldu + FOTOLAR
Bugün, 11:00 GÜNDƏM
-
Zakir Həsənov Türkiyədə Ərdoğanla bir arada - FOTOLAR
Bugün, 10:31 SİYASƏT
-
Monteneqroda törədilmiş ağır cinayət... - Azərbaycanda DNT tədqiqatı aparılıb
Bugün, 10:02 KRİMİNAL
-
DÇ-2026: İspaniya Belçikanı 2 qolla məğlub etdi
Bugün, 08:54 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
ŞKTR prezidenti xəstəxanaya yerləşdirildi - Rəsmi tədbirdə qəfildən halı pisləşib
10.07.2026, 23:26 GÜNDƏM
-
Xəzərdə batan qızın axtarışı davam edir
10.07.2026, 21:13 CƏMİYYƏT
-
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTOLAR
10.07.2026, 20:36 GÜNDƏM
-
Donald Tramp: “İrana çox aydın şəkildə “atəşkəs bitdi” dedik”
10.07.2026, 19:53 GÜNDƏM
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Bakıda ermənilərin məhkəməsi davam edir
10.07.2026, 19:32 GÜNDƏM
-
12 milyon manatlıq qalmaqal - Kəmaləddin Heydərovun oğlu məhkəmədə ifadə verdi
10.07.2026, 19:19 SİYASƏT
-
Milli Məclisin növbəti iclası bu tarixdə keçiriləcək (YENİLƏNİB)
10.07.2026, 18:58 SİYASƏT
-
Dəfn mərasimində bunu da gördük – Məzar açıldı, rəqqas meyitlə rəqs elədi (FOTO)
10.07.2026, 18:44 DÜNYA
-
Cinsi təcavüz, narkotik... - Türkiyədə məşhur aparıcını 266 il həbs gözləyir
10.07.2026, 18:31 PRESS
-
“FİFA MESSİNİ FİNALA GƏTİRMƏK ÜÇÜN HƏR ŞEYİ EDİR” – Mbappe də dilə gəldi
10.07.2026, 18:14 İDMAN
-
Özgür Özəl bu tarixdə partiyasını elan edir - "Yeni təşkilata azı 100 deputat qatılacaq”
10.07.2026, 18:08 SİYASƏT
-
Əli Əsədov "Ərzaq təminatı xəritəsi" barədə qərar imzalayıb
10.07.2026, 18:00 İQTİSADİYYAT
-
Rayonlarda intensiv yağış yağacaq - Xəbərdarlıq
10.07.2026, 17:57 GÜNDƏM
-
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olunub?
10.07.2026, 17:47 İQTİSADİYYAT
-
Bakıda və İsmayıllıda ağaclar qanunsuz kəsilib
10.07.2026, 17:34 CƏMİYYƏT
-
"O, 9 yaşından tələbəmdir, mən evdə olmayanda da bizə gəlib-gedir" - Mənsum İbrahimov
10.07.2026, 17:31 MƏDƏNİYYƏT
-
Avropa İttifaqı ölkələrində əhali artır - Son statistika
10.07.2026, 17:29 DÜNYA
-
TƏBİB rəhbərindən daha bir - Təyinat
10.07.2026, 17:20 CƏMİYYƏT
-
ABŞ və İran arasında danışıqlar başlayır – Qətər tərəfləri bir araya gətirir
10.07.2026, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
10.07.2026, 17:00 İQTİSADİYYAT
-
Altıncı "Yüksəliş" müsabiqəsində 130 nəfər finala vəsiqə qazanıb
10.07.2026, 16:45 CƏMİYYƏT
-
"Qaradağ Şüşə Zavodu" özəlləşdirilib
10.07.2026, 16:28 İQTİSADİYYAT
-
Baş prokuror Balakəndə vətəndaşları qəbul edib
10.07.2026, 16:04 CƏMİYYƏT
-
Rəsmi Moskvadan Türkiyənin S-400-ləri 3-cü ölkəyə satma planı barədə - AÇIQLAMA
10.07.2026, 15:55 SİYASƏT
-
Konqres "ofsayd"da qaldı - Türkiyəyə KAAN matorları satılacaq
10.07.2026, 15:22 GÜNDƏM