Livan Prezidenti: “İran və prosesə töhfə verən hər bir ölkəni dəstəkləyirik”

Livan Prezidenti: “İran və prosesə töhfə verən hər bir ölkəni dəstəkləyirik”  

DÜNYA

Bugün, 17:36

“Livan İsraillə danışıqlarda müstəqil bir yol tutub. Atəşkəsi və bu prosesə töhfə verən ölkələri, o cümlədən İranı dəstəkləyir, minnətdarıq...”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun bugünki bəyanatında qeyd edib.

O bildirib ki, İsraillə birbaşa danışıqlar davam edir: "Biz müstəqil danışıq aparır, müstəqil qərar veririk. Heç bir dövlət Livanın yerinə qərar verə bilməz. Əldə edilən hər hansı bir razılaşma (Hizbullahı nəzərdə tutur –Mia.az) bizim vasitəçiliyimizlə olacaq, maraqlarımıza xidmət edəəck”

Xatırladaq ki, İran ABŞ-la danışıqlarda Livanla bağlı atəşkəsi təminatında israr edir.

Prezident Cozef Aunun bəyanatı da bu kontekstdən verilib.

Samir MUSAYEV

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR