Kənd futbolunu 5 minə yaxın azarkeş izlədi - FOTO

Kənd futbolunu 5 minə yaxın azarkeş izlədi - FOTO

İDMAN

Bugün, 00:14

Azərbaycanda regionda şəhidlərin xatirəsinə həsr olunan futbol üzrə regional turnirin finalında anşlaq olub.

Mia.az xəbər verir ki, yarışı 5 minə yaxın azarkeş izləyib. Bu qədər tamaşaçı sayı ötən mövsümdə heç bəzi premyer liqa klublarının oyununda qeydə alınmayıb.

Oyunlara Xaçmaz rayonu Yeni Həyat qəsəbə stadionu ev sahibliyi edib. Final oyunu üçün Quba Olimpiya Kompleksinin stadionu nəzərdə tutulsa da, əldə etdiyimiz məlumata görə, son anda icazə verilməyib. Səbəb bilinmir.

Qeyd edək ki, turnir bir neçə həftəydi davam edirdi.

Yarışlarda 6 qrup üzrə ümumilikdə 30 komanda mübarizə aparıb. Finalda “Qardaşoba” (Xaçmaz) və “Quxuroba” (Qusar) kəndlərinin eyniadlı komandası qarşılaşıb və Xaçmaz kənd komandası 1-0 hesabıyla Şimal Regional Turnirinin qalibi olub. Turnirin bürünc mükafatçısı isə “Gödəkli” kənd komandasını 3:1 hesabı ilə məğlub edən "Yalama" komandası olub.

Çempionatın bağlanış mərasimində turnir zamanı fərqlənən futbolçular xüsusi hədiyyə və fəxri fərmanla təltif edilib.

 Zülfiyyə Mustafayeva

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR