TRAMPLA İRAN PREZİDENTİ TARİXİ RAZILAŞMANI İMZALADI - İlk açıqlamalar + FOTOLAR
GÜNDƏM
Bugün, 08:07
ABŞ və İran arasında əldə edilən tarixi razılaşma rəsmi olaraq qüvvəyə minib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, saziş ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən onlayn şəkildə imzalanıb.
Ağ Ev Trampın G7 Zirvəsi zamanı Fransada müqaviləni imzalamaı görüntüləri paylaşıb. Görüntüdə G7 Liderlərinin Zirvə Toplantısı üçün Fransada olan Tramp Versal Sarayında Fransa Prezidenti Emmanuel Makronla şam yeməyi zamanı müqaviləni imzalayır. Orada olan Makron və otaqdakı digər qonaqların bunu əl çalmaqla alqışlayır.
Rəsmi Tehran isə faktı təsdiqləyib.
Sazişə əsasən, İran Hörmüz boğazını dərhal açacaq: “ABŞ isə dəniz blokadasını ləğv edəcək. Tərəflər 60 gün ərzində nüvə proqramı və sanksiyalar üzrə danışıqları yekunlaşdıracaqlar”.
Fransa Prezidenti Emmanuel Makron da sosial media hesabında şəkillərdən birini paylaşaraq müqavilənin əhəmiyyətini vurğulayıb: "Prezident Tramp bu axşam Versalda İran və ABŞ arasında əldə edilən müqaviləni imzalayıb. Bu müqavilə davamlı sülhün yolunu açacaq və Hörmüz boğazının yenidən açılmasına imkan verəcək. Bu, düzgün və vacib bir addımdır. Tezliklə enerji qiymətlərinin aşağı düşməsinə imkan verəcək".
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Trampın imzaladıqları sənəd rəsmi olaraq qüvvəyə minib: “Memorandumu rəqəmsal şəkildə imzalamağa qərar verildi. Daha İsveçrədə planlaşdırılan rəsmi imza mərasiminə ehtiyac qalmadı. Üz-üzə görüş olmayacaq. Anlaşma memorandumu iki ölkənin dövlət başçıları tərəfindən imzalandığı üçün onu pozmağın ağır nəticələri olacaq. Razılaşma İranın fundamental prinsiplərini əks etdirir. Atəşkəs və Livanda müharibənin sona çatması İran üçün olduğu qədər vacib idi və bu, hələ də belədir. Anlaşma memorandumunun birinci hissəsində Livan üç dəfə qeyd olunur. Livanın ərazi bütövlüyünə və milli suverenliyinə hörmət də daxil edilib."
İran sözçüsü müharibənin sona çatması istiqamətində əhəmiyyətli bir addım atıldığını, lakin sonrakı prosesin daha vacib olduğunu qeyd edib: "Bu razılaşmanı imzalamağımız keçmişi unutduğumuz anlamına gəlmir. Beynəlxalq razılaşmaların həyata keçirilməsi, xüsusən də öhdəliklərinə sadiq olmayan tərəflərlə münasibət qurarkən, onları hazırlamaqdan həmişə daha çətindir. Bundan sonra hamımız qarşı tərəfi öhdəliklərinə əməl etməyə məcbur edəcək şəkildə hərəkət etməyə diqqətli olmalıyıq. İndi tərəflər nüvə proqramı və sanksiyalarla bağlı 60 gün ərzində danışıqlar olacaq. Danışıqların daha tez başa çatması yaxşı olardı. Lakin məsələnin mürəkkəbliyini nəzərə alaraq, 60 günlük müddət məqbuldur və lazım gələrsə uzadıla bilər".
Anlaşmada ən çox diqqətçəkən isə Trampın buna qədər "İranın bərpası üçün 300 milyard dollarlıq şərt yoxdur" maddəsinin faktiki yer almasıdır...
Samir MUSAYEV
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda Neft Emalı Zavodunda yanğın.. - FHN açıqlama yaydı (YENİLƏNİB)
Bugün, 10:28 CƏMİYYƏT
-
33 il əvvəl axtarışa verilən azərbaycanlı tutulub
Bugün, 10:19 KRİMİNAL
-
Əhalimiz artıb
Bugün, 10:10 CƏMİYYƏT
-
İlham Əliyev: "Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin..."
Bugün, 09:59 GÜNDƏM
-
"Kapital Bank" "Bakı Fond Birjası"na 100 milyonluq istiqraz yerləşdirir
Bugün, 09:46 İQTİSADİYYAT
-
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bugün, 09:26 İQTİSADİYYAT
-
DÇ-2026: İngiltərə 6 qollu dueldə qazandı
Bugün, 09:08 İDMAN
-
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunu llik Toplantılarının açılış mərasimində - CANLI (YENİLƏNİR)
Bugün, 09:01 GÜNDƏM
-
“Hadisəyə intihar donu geyindirməsinlər” - Vəkil oğlunun ölümündəki müəmmadan danışdı
Bugün, 08:53 CƏMİYYƏT
-
İran parlamentinin spikerindən iddialı mesaj: "Onları məğlub etdik” - "Mən diplomat deyil, döyüşçüyəm”
Bugün, 08:28 GÜNDƏM
-
DÇ-2026: Özbəkistan yığması məğlub oldu
Bugün, 08:22 İDMAN
-
TRAMPLA İRAN PREZİDENTİ TARİXİ RAZILAŞMANI İMZALADI - İlk açıqlamalar + FOTOLAR
Bugün, 08:07 GÜNDƏM
-
Tramp Tehranla yeni sazişin 48 saat içində imzalanacağını gözləyir: “İrana “ballistik raketlərə sahib olma” deyə bilmərik”
Bugün, 00:40 GÜNDƏM
-
DÇ-2026: Türkiyə son matçı gözləmədən turnirlə vidalaşa bilər – Ərdoğan araya girdi
Bugün, 00:36 İDMAN
-
Azərbaycanda bir ilk: yeni Kompleks Onkoloji Mərkəz yaradılır - AÇIQLAMA
Bugün, 00:28 CƏMİYYƏT
-
Kənd futbolunu 5 minə yaxın azarkeş izlədi - FOTO
Bugün, 00:14 İDMAN
-
Blogerin sosial media hesabları bloklandı
Bugün, 00:12 PRESS
-
Putin Hakan Fidanla görüşdü, Ərdoğanı Moskvaya dəvət etdi - "Bu məsələdə sizin təcrübəniz son dərəcə vacibdir"
Bugün, 00:09 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
Avropadan Türkiyəyə qarşı qətnamə: nazirə sanksiya tələbi irəli sürüldü – Rəsmi Ankaradan etiraz
Bugün, 00:03 GÜNDƏM
-
FED yeni sədrlə ilk qərarını açıqladı
17.06.2026, 23:07 İQTİSADİYYAT
-
DÇ-2026: Portuqaliya Konqoya qalib gələ bilmədi
17.06.2026, 22:58 İDMAN
-
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edilib - Ən çox bal toplayanlar kimlərdir?
17.06.2026, 20:10 GÜNDƏM
-
PA rəhbəri yüksək vəzifəliləri topladı - Qərargahın iclası oldu (FOTOLAR/YENİLƏNİB)
17.06.2026, 19:27 GÜNDƏM
-
“Polisә xәbәr vermә, yoxsa..." - BDU-nun müəlliminin evindən 1.6 milyon aparılıb
17.06.2026, 19:26 CƏMİYYƏT
-
Mərkəz rəhbəri 8 il azadlıqdan məhrum edilib
17.06.2026, 19:22 SİYASƏT
-
Robert Köçəryanın həbsinə hazırlıq gedir
17.06.2026, 19:04 GÜNDƏM
-
Prezidentin köməkçiləri, PA rəhbəri və nazirlər Qarabağda - FOTOLAR (Yenilənib)
17.06.2026, 18:49 GÜNDƏM
-
Ramiz Mehdiyevin ailəsinə məxsus banka niyə güzəşt olundu? - Ekspert rəyi
17.06.2026, 18:00 İQTİSADİYYAT
-
Paşinyan: "İndi "üçbaşlı müharibə partiyası" Azərbaycanla sülh sazişini şübhə altına alır"
17.06.2026, 17:53 GÜNDƏM
-
Ceyhun Bayramovla ABŞ rəsmisi bir araya gəldi - Nələr müzakirə edildi?
17.06.2026, 17:47 SİYASƏT
-
Livan Prezidenti: “İran və prosesə töhfə verən hər bir ölkəni dəstəkləyirik”
17.06.2026, 17:36 DÜNYA
-
“Azərişıq” kisənin ağzını açdı - 13.3 milyonluq tender elan edildi
17.06.2026, 17:22 İQTİSADİYYAT
-
Türkiyə yığmasını Paraqvay millisiylə çətin oyun gözləyir - Montella heyəti dəyişir
17.06.2026, 17:07 İDMAN