Blogerin sosial media hesabları bloklandı

Blogerin sosial media hesabları bloklandı  

PRESS

Bugün, 00:12

Türkiyədə məşhur blogerin bütün sosial media hesabları bloklanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ankara Sülh Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, 6,3 milyon izləyicisi olan “İnstaqram” hesabı bağlanan məşhur bloger Dilan Polatın həmin platformadakı “ehtiyat hesabı” ilə yanaşı, TikTok, Facebook və YouTube hesablarına da giriş bloklanıb.

Bu barədə açıqlama verən vəkil Melih Demirer faktı təsdiqləyib: “Bəli, Dilan Polatın təxminən 1,5 milyon izləyicisi olan “Instagram”dakı ehtiyat hesabı, TikTok, Facebook və YouTube hesabları da qapadılacaq. Qərar qısa müddətdə sözügedən qlobal sosial media platformalarına təqdim olunacaq. Bununla da hesablar tamamilə bağlanacaq".

Xatırladaq ki, ötən həftə Dilan Poladın ərinin əmisi oğlu olan cangüdəni güllələnərək öldürülüb.

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR