Avropadan Türkiyəyə qarşı qətnamə: nazirə sanksiya tələbi irəli sürüldü – Rəsmi Ankaradan etiraz

Avropadan Türkiyəyə qarşı qətnamə: nazirə sanksiya tələbi irəli sürüldü – Rəsmi Ankaradan etiraz  

GÜNDƏM

Bugün, 00:03

Avropa Parlamenti Türkiyəyə qarşı qətnamə qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Ədliyyə naziri Akın Gürleke qarşı sanksiyalar tələb edən qətnaməyə əlavə olunan bənd rəsmi Ankaranı qəzəbləndirib.

Məlumata görə Avropa Parlamentinin “Türkiyə hesabatı” başlıqlı layihə 381 səslə qəbul edilib: “Parlamentin 107 deputatı layihənin əleyhinə, 171-i isə bitərəf qalıb. Hesabatda ədliyyə naziri Akın Gürlekin Avropa İttifaqı (Aİ) tərəfindən sanksiya siyahısına daxiledilmə tələbi yer alıb”

Türkiyə Xarici İşlər Nazirliyi qətnaməyə operativ və sərt reaksiya verib.

XİN-in etirazında Türkiyə məhkəmə sisteminin müstəqilliyi xatırladılıb və qətnamənin tamamilə qəbuledilməz olduğu bildirilib: “Türkiyənin hüquq sisteminin və Ədliyyə nazirimizin əsassız ittihamlarla hədəfə alınmasını qəti şəkildə rədd edirik. Türkiyə məhkəmə sistemi heç bir beynəlxalq qurumun, xarici aktorun və ya siyasi dairənin müdaxiləsinə açıq deyil. Siyasi səbəblərdən məhkəmə proseslərini qaralayan və məhkəmə müstəqilliyi prinsipinə zidd olan cəhdləri qəbul etmək mümkün deyil. Avropa Parlamentindən gözləntimiz budur ki, artan qlobal çətinliklər mühitində namizəd ölkə Türkiyə ilə Aİ arasında münasibətlərin konstruktiv, ortaq maraqlara əsaslanan şəkildə inkişaf etməsinə töhfə verəcək yanaşma tətbiq edəcək…".

Qeyd edək ki, qətnamədə Türkiyədəki siyasilərin həbsi, məhkəmənin institutunun rolu, həmçinin Türkiyınin guya Yunanıstan və Kiprin hüquqlarını pozmaq cəhdləri yer alıb.

Samir MUSAYEV

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR