Putin Hakan Fidanla görüşdü, Ərdoğanı Moskvaya dəvət etdi - "Bu məsələdə sizin təcrübəniz son dərəcə vacibdir"

Putin Hakan Fidanla görüşdü, Ərdoğanı Moskvaya dəvət etdi - \"Bu məsələdə sizin təcrübəniz son dərəcə vacibdir\" 

GÜNDƏM

Bugün, 00:09

Bu gün Türkiyə Xarici İşlər naziri Hakan Fidan Rusiyada prezidenti Vladimir Putin tərəfindən Tatarıstanın paytaxtı Kazanda qəbul edilib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki,  görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Kremlin xarici siyasət müşaviri Yuri Uşakov da iştirak edib.

Məlumata əsasən, qəbulda çıxş edən Putin Türkiyə ilə münasibətlərin inkişafından söz açıb: "Ölkələrimiz arasındakı münasibətlər durmadan inkişaf edir. Biz bundan çox məmnunuq. Əlaqələrimiz artıq rəsmi çərçivədən kənara çıxıb və dostluq xarakteri qazanıb. Bu, əsasən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərdiyi səylər sayəsindədir. Ərdoğana ən xoş arzularımızı çatdırmağınızı xahiş edirəm. Onu ölkəmizdə salamlamaqdan həmişə məmnunuq."

Xarici işlər naziri Fidan da Ərdoğanın salamlarını Putinə çatdırıb və deyib: "Bölgəmizdə və dünyada çox gərgin bir gündəm var. Bu məsələdə sizin təcrübəniz son dərəcə vacibdir. Müzakirə etməli olduğumuz bir çox məsələ var".

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR