Ekvadorun 10 əyalət və 3 şəhərində fövqəladə vəziyyət elan edildi – Evlərdə axtarış aparılacaq

Ekvadorun 10 əyalət və 3 şəhərində fövqəladə vəziyyət elan edildi – Evlərdə axtarış aparılacaq  

DÜNYA

Bugün, 08:48

Ekvadorda fövqəladə vəziyyət elan edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Ekvador Prezidenti Daniel Noboa fərman imzalayıb.

Fərmanda bölgələrdə çoxalan ciddi daxili iğtişaş və qətllər əsas gətirilərək 10 əyalət və 3 şəhərdə 60 gün müddətinə fövqəladə vəziyyət elan olunub.

Fərman təhlükəsizlik qüvvələrinə ictimai asayişi və vətəndaşların təhlükəsizliyini bərpa etmək üçün hüdudsuz səlahiyyət verib: “Təhlükəsizlik qüvvələri istənilən ev və iş yerlərinə daxil oaraq, axtarış aparmaq, ordersiz həbslər, hətta müqavimət göstərənləri yerlərində güllələmək missiyasını həyata keçirə biləcəklər”.

E.ARAZ

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR