17 il əvvəl şübhəli qəzada ölən partiya sədriylə bağlı cinayət işi yeniləndi

17 il əvvəl şübhəli qəzada ölən partiya sədriylə bağlı cinayət işi yeniləndi  

DÜNYA

Bugün, 12:51

Türkiyədə 17 il əvvəl seçki prosesi zamanı helikopterdə şübhəli qəzada həlak olan Böyük Birlik Partiyasının (BBP) sədri Muhsin Yazıcıoğlu ilə bağlı cinayət işi yenilənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kahramanmaraş Baş Prokurorluğu tərəfindən aparılan istintaq bu gün “səlahiyyət yetərsizliyi” səbəbiylə cinayət işini yeniləyərək, Ankara Baş Prokurorluğuna göndərib.

Xatırladaq ki, Muhsin Yazıcıoğlu və daha 5 nəfər 25 mart 2009-cu ildə Kahramanmaraşın Göksun rayonunda baş verən vertolyot qəzasında həyatını itirib.

Türkiyə siyasi tarixinin ən böyük sirrlərindən biri olan və illər sonra hələ də gündəmdə qalan Muhsin Yazıcıoğlunun ölümü Türkiyə cəmiyyətində həmişə siyasət və seçkiylə əlaqələndirilir

Xatırladaq ki, şübhəli qəzada onunla yanaşı, BBP Sivas şəhər təşkilatının sədri Erhan Üstündağ, təşkilat sədrinin müavini Yavuz Hızlan, Bələdiyyə Məclisinin üzvü Murat Çetinkaya, jurnalist İsmail Günəş və pilot Kaya İstektepe də həyatını itirib.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR