Yusif Nəğməkar – Vətən qədər böyük ürəyin və poeziyanın sahibi
MƏDƏNİYYƏT
16.06.2026, 23:20
İyunun 15-i müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən, tanınmış şair, publisist və ictimai xadim Yusif Nəğməkarın doğum günüdür. Uzun illərdir şəxsən tanıdığım, yaradıcılığını böyük maraq və məhəbbətlə izlədiyim bu dəyərli insan haqqında düşüncələrimi və təəssüratlarımı oxucularla bölüşməyi özümə mənəvi borc hesab edirəm.
Yusif Nəğməkar (Mədətov Yusif Məhiş oğlu) 15 iyun 1955-ci ildə Beyləqan rayonunun Birinci Aşıqlı kəndində dünyaya göz açıb. Yaradıcılığa gənc yaşlarından başlayan şair N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib, eyni zamanda ali jurnalistika kurslarında təhsil alaraq bu sahədə də peşəkar biliklərə yiyələnib.
Onun poeziya aləminə gəlişi təsadüfi olmayıb. İlk qələm təcrübələri hələ gənclik illərində böyük sənətkarların diqqətini cəlb edib. Xalq şairi Rəsul Rzanın onun yaradıcılığına göstərdiyi maraq Yusif Nəğməkarın ədəbi mühitdə tanınmasına mühüm təkan verib. Şairin yaradıcılığı haqqında yazılmış “Təsadüf” məqaləsinin “Ədəbiyyat və İncəsənət” qəzetində dərc olunması isə onun ədəbi ictimaiyyətə təqdimatında əlamətdar hadisələrdən biri olub.
Yusif Nəğməkar uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışaraq xalqımızın taleyüklü məsələlərinə həsr olunmuş telesenarilər müəllifi kimi də fəaliyyət göstərib. Bununla yanaşı, onun şeir və poemaları ardıcıl şəkildə kitab halında nəşr olunaraq geniş oxucu auditoriyasının rəğbətini qazanıb.
Şairin yaradıcılığında Vətən sevgisi, Qarabağ ağrısı, azadlıq duyğusu, məhəbbət, təbiət gözəllikləri və milli-mənəvi dəyərlər xüsusi yer tutur. Onun poeziyası sadəcə hisslərin ifadəsi deyil, həm də fəlsəfi düşüncənin, vətəndaş mövqeyinin və mənəvi axtarışların poetik təcəssümüdür. Oxucu Yusif Nəğməkarın misralarında həm duyğu, həm də fikir dərinliyi ilə qarşılaşır.
Yaradıcılıq diapazonunun genişliyi onun musiqi ilə bağlı fəaliyyətində də özünü göstərir. Yusif Nəğməkar peşəkar saz ifaçısı kimi 1981-ci ildə Ağdamda keçirilən Xalq Yaradıcılığı Festivalının qalibi olub. Fortepiano və skripkada ifa etməyi bacarması ona bəstəkarlarla daha sıx əməkdaşlıq etməyə imkan yaradıb. Nəticədə onun sözlərinə yüzlərlə mahnı bəstələnib, bu əsərlərin əksəriyyəti xalq arasında böyük populyarlıq qazanaraq Azərbaycan Radio və Televiziyasının “Qızıl Fondu”na daxil edilib.
Şairin yaradıcılığı müxtəlif mükafatlarla qiymətləndirilib. O, “Rəsul Rza” Beynəlxalq Ədəbi Mükafatına, “İlin şairi” fəxri adına, “Azərbaycan bayrağı” və “Qızıl qələm” mükafatlarına layiq görülüb. Lakin onun qazandığı ən böyük mükafat oxucu sevgisi və xalq rəğbətidir.
Yusif Nəğməkarın şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayır. Onun şeirlərindəki səmimiyyət, saflıq, ədalət duyğusu və mənəvi zənginlik həyat mövqeyindən qaynaqlanır. Təsadüfi deyil ki, böyük şair Bəxtiyar Vahabzadə onun haqqında belə deyirdi:
“Mən bu tanıdığım müddət ərzində Yusifdə şairliklə yanaşı, ilk növbədə nəciblik görmüşəm, insanpərvərlik görmüşəm, sədaqət görmüşəm, insana xas olan ən gözəl keyfiyyətləri mən Yusifdə görmüşəm.”
Bu fikirlər Yusif Nəğməkarın yalnız söz adamı deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik bir şəxsiyyət olduğunu təsdiqləyir.
Onun yaradıcılığının zirvələrindən biri də ustad sənətkar Aşıq Ələsgərə həsr etdiyi “Ələsgər zirvəsi” əsəridir. Bu monumental əsər Azərbaycan ədəbiyyatında xüsusi hadisə kimi qiymətləndirilir. 2025-ci ilin fevral ayında keçirilən təqdimat mərasimində elm, mədəniyyət və ədəbiyyat xadimlərinin geniş iştirakı da əsərin cəmiyyət tərəfindən necə böyük maraqla qarşılandığını göstərdi.
Mən də həmin təqdimatda iştirak etmiş, müəllifin hədiyyə etdiyi kitabı bir neçə dəfə oxumaq imkanı qazanmışam. Hər dəfə bu əsərə qayıtdıqca yeni məna qatları kəşf edir, müəllifin söz sənətindəki ustalığına bir daha heyran qalıram. Dədə Ələsgər sazı və sözü ilə özünə əbədi abidə yaratmışdısa, Yusif Nəğməkar da “Ələsgər zirvəsi” ilə ustada sözdən ucaldılmış möhtəşəm bir heykəl bəxş edib.
Yusif müəllimlə şəxsi ünsiyyət isə ayrıca bir məktəbdir. Onun söhbətlərində həyat təcrübəsi, vətən sevgisi, ədəbiyyata bağlılıq və insanlara olan səmimi münasibət özünü aydın şəkildə göstərir. Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmağım üçün mənə verdiyi zəmanəti və göstərdiyi mənəvi dəstəyi də həmişə minnətdarlıqla xatırlayıram.
Bu gün 71 yaşını qeyd edən Yusif Nəğməkar Azərbaycan poeziyasının yaşayan klassiklərindən biridir. Onun əsərləri yeni nəsillər üçün mənəvi məktəb, milli düşüncə və vətənpərvərlik örnəyidir.
Dəyərli şairimizi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram.
Yusif Nəğməkarın şəxsiyyətinə və yaradıcılığına böyük hörmətlə,
İmran Güllübulaqlı
AYB-nin üzvü, şair
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Əgər Özgür Özəl yeni bir partiya qurarsa… - Mansur Yavaş qərarını açıqladı
Bugün, 00:03 SİYASƏT
-
İran və ABŞ arasında razılaşmanın detalları mediaya sızdı - Nələr var? (SİYAHI)
Bugün, 00:01 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Tanınmış vəkilin qızı motosiklet qəzasında dünyasını dəyişib
16.06.2026, 23:27 PRESS
-
Yusif Nəğməkar – Vətən qədər böyük ürəyin və poeziyanın sahibi
16.06.2026, 23:20 MƏDƏNİYYƏT
-
SOCAR-ın vitse-prezidenti: "Bərpa olunan enerji mənbələrinin ölkənin enerji balansındakı payı..."
16.06.2026, 22:45 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Bağdad Amreyevlə müzakirə aparıb
16.06.2026, 19:55 SİYASƏT
-
Avropa Liqası: "Qarabağ"ın rəqibi bilindi
16.06.2026, 19:06 İDMAN
-
Bakının bəzi yerlərində iki gündür su niyə yoxdur? - Şikayət + Rəsmi açıqlama
16.06.2026, 18:56 CƏMİYYƏT
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənistan vətəndaşları Bakıda yenidən hakim qarşısında + FOTOLAR
16.06.2026, 18:10 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi müəyyənləşib
16.06.2026, 18:01 İDMAN
-
Tovuzda 22 yaşlı oğlan çayda batıb
16.06.2026, 17:57 CƏMİYYƏT
-
QHT-lər ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı
16.06.2026, 17:54 SİYASƏT
-
Türk klublarının Avropadakı rəqibləri müəyyənləşir
16.06.2026, 17:41 İDMAN
-
DEPUTATLAR TOPLANIR - Hansı qanunlar dəyişir? (SİYAHI)
16.06.2026, 17:18 GÜNDƏM
-
Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə təhsil... - İmtahan oldu
16.06.2026, 17:09 CƏMİYYƏT
-
Boğaz açıldı, neft sürətlə ucuzlaşdı - “Brent“ 80 dollardan aşağı düşdü
16.06.2026, 17:03 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
16.06.2026, 17:00 İQTİSADİYYAT
-
Baş nazir Əli Əsədov Özbəkistan prezidenti ilə görüşüb - FOTOLAR
16.06.2026, 16:46 GÜNDƏM
-
Bəzi rayonlara dolu düşəcək - Xəbərdarlıq
16.06.2026, 16:34 GÜNDƏM
-
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTOLAR
16.06.2026, 16:29 İQTİSADİYYAT
-
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTOLAR
16.06.2026, 16:21 CƏMİYYƏT
-
“Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunub
16.06.2026, 16:19 İDMAN
-
“Tamstore” marketlər şəbəkəsində qəza oldu - VİDEO
16.06.2026, 16:10 CƏMİYYƏT
-
Azərbaycan Prezidenti ilə Niderlandın Baş naziri arasındatelefon danışığı olub
16.06.2026, 16:04 GÜNDƏM
-
Polkovnik Rasim İldırım həbs edildi - Məhkəmə prosesi
16.06.2026, 15:56 KRİMİNAL
-
Sığorta fermərə fırıldaq gəlib? - Prezidentin köməkçisi tapşırıq verdi
16.06.2026, 15:16 İQTİSADİYYAT
-
Prezidentin köməkçisi və nazirlər daha bir bölgədə - Müşavirə keçirildi, tapşırıqlar verildi (Yenilənib)
16.06.2026, 15:03 GÜNDƏM
-
Tramp: "İranda rejim dəyişikliyinə inanmıram” – “Bibi indi daha məsuliyyətli davranmalıdır”
16.06.2026, 14:58 SİYASƏT
-
Azercell-in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı - FOTOLAR
16.06.2026, 14:39 CƏMİYYƏT
-
Əli Əsədov yeni qərar imzalayıb
16.06.2026, 14:24 İQTİSADİYYAT
-
Əli Əsədov Daşkəndə gedib
16.06.2026, 14:17 GÜNDƏM
-
Space TV-yə bədii rəhbər təyin olunub
16.06.2026, 14:09 PRESS
-
Prezident İlham Əliyev əlavə tədbirlər haqqında fərman imzalayıb - DETALLAR
16.06.2026, 14:01 GÜNDƏM