Əgər Özgür Özəl yeni bir partiya qurarsa… - Mansur Yavaş qərarını açıqladı

Əgər Özgür Özəl yeni bir partiya qurarsa… - Mansur Yavaş qərarını açıqladı  

SİYASƏT

Bugün, 00:03

Məhkəmə qərarıyla CH-nuin sədri vəzifəsinə geri dönən Kamal Kılıçdaroğlunun erkən qurltay keçirməkdən yayınması onunla əvvəlki sədr Özgür Özəl arasındakı gərginliyi partiyadan rəsmən ayrılma nöqtəsinə çatdırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu halda gözlər indiyə qədər Özgür Özəlin yanında olan və onu açıq şəkildə dəstəkləyən Ankara Böyükşəhər Bələdiyyə sədri Mənsur Yavaş və digər şəhər bələdiyyə başçılarına yönəlib.

Məlumata görə, Özgür Özəl yeni partiya yaradarsa, Mənsur Yavaş onunla getməyəcək.

Bu barədə Haberler.com-un Ankara nümayəndəsi Şerife Güzel yazıb.

Onun sözlərinə görə, Mənsur Yavaş Özgür Özəlin quracağı partiyaya qatılmayacaq: “Yavaş bu mərhələdə CHP-dən ayrılmaq və müstəqil siyasət aparmaq niyyətində deyil. O, bu halda neytral mövqeyə çəkilərək, tərəf tutmadan CHP-də qalacaq”.

Məlumatda deyilir ki, Özəl də CHP-li bələdiyyə başçıları qarşısına belə tələb qoymaq niyyətində deyil: “O, bələdiyə sədrləriinə belə mesaj verib: "Əgər ayrılmaq qərarına gəlsək, bu, şəraitə görə, yəni, br gün ata ocağımız olan partiyamıza dönmək şərtiylə olacaq. Ona görə, bələdiyyə sədrlərimizin CHP-dən ayrılmasına ehtiyac yoxdur"

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR