Zahid Oruc Milli Məclisdə: "Yeni yaradılacaq qurumun səlahiyyətləri..." - "...dövlətin çevik reaksiya imkanları əhəmiyyətli dərəcədə artır"
SİYASƏT
16.06.2026, 11:53
Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyi və Audiovizual Şura ləğv olunur, bu iki qurumun əsasında Media və Yayım Şurası yaradılır.
Bununla bağlı qanun layihəsi iyunun 16-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Mia.az həmin iclasda Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun ətraflı izahatını təqdim edir:
Layihəyə görə, "Media haqqında" qanuna dəyişiklik nəzərdə tutulur. Təkliflərin əsas mahiyyəti ondan ibarətdir ki, mövcud Audiovizual Şuranın və MEDİA Agentliyinin strukturları əsasında, kollegial idarəetmə sisteminə malik vahid bir qurum - Media və Yayım Şurası yaradılır.
Nəticədə, "Media haqqında" Qanunun 43-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı Şura olacaq. Qurumun səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndirilir: o, tənzimləmə funksiyası olan lisenziyalaşdırma, Mediar eyestrinin aparılması və qanunvericiliyə nəzərətlə bərabər, həm də inkişaf, dəstək, ictimai rəyin öyrənilməsi və strateji informasiya siyasəti funksiyalarını vahid mərkəzdə birləşdirir.
Konkret olaraq, Şuraya verilən yeni səlahiyyətlər belədir: media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi; dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi; jurnalistlərin peşəkarlığının artırılması üçün təlimlər və seminarlar təşkil edilməsi; cəmiyyətdə baş verən hadisələrin və dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv işıqlandırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi; dezinformasiyanın yayılmasının qarşısının alınması, aşkarlanması və qiymətləndirilməsi istiqamətində tədbirlər görmək; dövlət orqanları ilə birgə operativ əlaqələndirmə mexanizmlərinin qurulması; informasiya mühitinin təhlili və sosioloji sorğular əsasında ictimai rəyin öyrənilməsi.
Yeni model dövlət siyasətinin hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi mexanizmlərini eyni institusional quruma həvalə edir. Beləliklə, media sahəsində qərarların qəbulu, onların icrası və nəticələrinin təhlili arasında vaxt itkisi və idarəetmə boşluqları minimuma endirilir. İnformasiya müharibələrinin sürətləndiyi dövrdə dövlətin çevik reaksiya imkanları əhəmiyyətli dərəcədə artır.
Kollegial idarəetmə media sahəsində qərarların qəbulu prosesinin şəffaflığı və balanslaşdırılmış olması üçün effektiv mexanizmdir. Şuranın sədri və iki sədr müavini olacaq, nəticədə idarəetmənin daha geniş əsasda qurulmasına imkan yaranacaq.
Model dünyanın aparıcı dövlətlərində artıq sınaqdan keçən, özünü doğruldan bir yanaşmadır.
Böyük Britaniyada Ofcom - Communications Office - yayımın tənzimlənməsi, rəqəmsal media mühitinin nizamlanması və media istifadəçilərinin maraqlarının qorunması funksiyalarını vahid qurum daxilində həyata keçirir.
Fransada isə CSA - hazırda ARCOM adı ilə fəaliyyət göstərən qurum - audiovizual sektorun tənzimlənməsi ilə yanaşı, rəqəmsal platformalara münasibətdə nizamlamanı da təmin edir.
Təkcə Böyük Britaniya və Fransa deyil, Almaniya, İtaliya, Kanada və Avstraliya kimi ölkələrdə də media tənzimlənməsi ilə strateji kommunikasiya siyasəti arasında koordinasiya mexanizmləri daim gücləndirilir.
İnformasiya siyasətində dövlətin vahid institusional yanaşması öz növbəsində, ölkənin informasiya məkanına xarici dövlətlərin sistemli hücumlarının qarşısını almağa, hibrid internet platformaları vasitəsilə kəşfiyyat mərkəzlərinin himayə etdiyi dezinformasiya dalğasının təsirlərini azaltmağa və digər neqativ hallara qarşı mübarizənin daha effektiv və mərkəzləşdirilmiş formada aparmağa şərait yaradacaq.
Beynəlxalq auditoriyaya çıxmaq və informasiya məkanında suverenliymizi qorumaq sahəsində mühüm fəaliyyətlər həyata keçirilir. Xüsusilə, qlobal medialarla yaxından əməkdaşlıq və birgə layihələr, o cümlədən, ilk beynəlxalq televiziya kanalı kimi yaradılan CBC və Anew Tv eyni vaxtda bir neçə dildə - azərbaycan, rus, ingilis və erməni dillərində - xəbər yayımları aparırlar.
2025-ci ilin sonuna Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası ərazisində 92 audiovizual media subyekti fəaliyyət göstərir. Onlardan 47 televiziya, 23 radio, 6 sifarişli yayım xidməti və 49 retranslyasiya operatoru xidməti mövcuddur.
Qarabağ və Şərqi Zəngəzur işğal dövründə informasiya blokadasını yaşayırdı, Azərbaycan mediası və yayım sistemləri onilliklərlə doğma məkana daxil ola bilmirdi. Qələbəmizdən sonra Xankəndidən, Şuşadan və digər yaşayış məntəqələrindən yayımlanan televiziya və radio proqramları dövlət suverenliyinin informasiya sahəsində təntənəsidir.
İnternet televiziyaları və YouTube kanalları formatında fəaliyyət göstərən media subyektlərinin sayı son illərdə kəskin artıb, lakin belə statistik böyümə həmişə keyfiyyət yüksəlişi ilə müşayiət olunmayıb. Yeni nizamlama və infrastrukturun təkmilləşdirilməsi - qanunun nəzərdə tutduğu Media Reyestri və Şuranın genişləndirilmiş səlahiyyətləri çərçivəsində - günün ən aktual tələblərindəndir.
Media Reyestri son dörd ildə minlərlə media subyektini və jurnalisti əhatə edən bir verilənlər bazasına çevrilib.
Nəhəng məlumat bazaları, monitorinq sistemləri və analitik potensial güclənib. İnstitusional birləşmə nəticəsində ölkəmizin bütün media mühitini - həm efir, həm çap, həm onlayn seqmentini - vahid, real-vaxt rejimində yenilənən mənzərəsini müəyyənləşdirmək mümkün olacaq.
Qanun layihəsinin əsas ideyasını ən yaxşı Prezident İlham Əliyevin beynəlxalq media platformalarında, xüsusilə Şuşa Qlobal Media Forumlarında səsləndirdiyi fikirlərdə görmək olar. Ölkə başçısı beynəlxalq media diplomatiyasının mərkəzinə çevirdiyi azad torpaqlarda keçirilən çoxsaylı görüşlər və tədbirlərdə milli mətbuatımızın inkişafından razılığını bildirməklə yanaşı, hər zaman vurğuladığı kimi, Azərbaycan informasiya müharibəsinin hədəfində dayanan ölkədir və hücumlara ən yüksək səviyyədə cavab verilir.
Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, ekspertlərin və media rəhbərlərinin iştirak etdiyi tədbirlər Azərbaycanın artıq təkcə informasiya istehlakçısı deyil, qlobal media gündəliyinin formalaşmasına təsir göstərən ölkələrdən biri olduğunu nümayiş etdirir.
Yeni Media və Yayım Şurası da həmin beynəlxalq kommunikasiya siyasətinin institusional dayaqlarından biri, Azərbaycanın postmüharibə dövründə qurduğu yeni dövlətçilik modelinin informasiya sahəsində davamı olacaq.
Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sistemi formalaşdırıldığı kimi, eyni prinsiplərlə milli informasiya məkanında da suverenlik, təhlükəsizlik və inkişaf prinsiplərinə əsaslanan yeni institusional təsisat yaradılır.
Beləliklə, yeni qanun layihəsi yalnız media sektorunun struktur yenilənməsi ilə yanaşı, həm də Azərbaycanın milli informasiya məkanının gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji dövlətçilik qərarıdır".
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İranda Trampın tabutda nəhəng afişası asılıb – FOTOLAR
Bugün, 20:44 DÜNYA
-
Dövlət Baxçalı millinin futbolçusunu qəbul etdi
Bugün, 20:43 İDMAN
-
Vüqar Rəhimzadə: "Azərbaycan ilə Slovakiya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"
Bugün, 20:24 SİYASƏT
-
"Yelobank"ın sahibi bir ölkədə "qara zolaq"dan çıxarıldı
Bugün, 20:16 İQTİSADİYYAT
-
Zəngəzur dəhlizinə rus rəhbərlik edəcək: o, kimdir? - ABŞ-dan elə xəbər gəldi ki...
Bugün, 20:14 SİYASƏT
-
Xəzər dənizində daha bir nəfər boğulub
Bugün, 19:01 CƏMİYYƏT
-
Dəniz Baykalın həyat yoldaşı dünyasını dəyişib
Bugün, 18:55 DÜNYA
-
Türkiyədə nəhəng ətyeyən çəyirtkələr peyda olub – FOTO
Bugün, 18:22 DÜNYA
-
Slovakiya prezidentinin Azərbaycana səfəri başa çatıb
Bugün, 18:13 GÜNDƏM
-
Lənkəranın icra başçısına müavin təyinatı olub
Bugün, 17:59 CƏMİYYƏT
-
Rəsmi Tehrandan ABŞ-ın son hücumu ilə bağlı açıqlama: “30-dan çox mülki şəxs həlak olub”
Bugün, 17:48 DÜNYA
-
Aktyor Taleh Yüzbəyovun qalmaqallı reklamı və... - "Məni qınayanlara isə demək istəyirəm ki..."
Bugün, 17:45 MƏDƏNİYYƏT
-
Samux rayonunda kütləvi zəhərlənmə olub
Bugün, 17:38 CƏMİYYƏT
-
Ceyhun Bayramov Lavrovla görüşəcək
Bugün, 17:28 SİYASƏT
-
Prokurorluğa əlavə səlahiyyət verildi - FƏRMAN
Bugün, 17:26 GÜNDƏM
-
Cavid Qurbanov qalmaqallı ittihamlarla vəzifədən çıxarılan nazir müavininə yüksək vəzifə verdi
Bugün, 17:11 İDMAN
-
"Aşsüzən media” və ya AZAL-ın dərəbəyliyi... - ELXAN ŞÜKÜRLÜ YAZIR
Bugün, 17:09 YAZARLAR
-
Agentlikdə departament direktoru təyinatı oldu
Bugün, 17:09 GÜNDƏM
-
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
Bugün, 17:06 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 GÜNDƏM
-
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Bugün, 16:56 CƏMİYYƏT
-
Tramp Ukrayna münaqişəsinin prezidentlik müddətinin sonunadək başa çatacağına ümid edir
Bugün, 16:25 DÜNYA
-
"Biletimizi başqalarına satıblar" - Naxçıvana uçmaq istəyən sərnişinlər AZAL-dakı özbaşınalıqdan narazıdır + VİDEO
Bugün, 16:22 İQTİSADİYYAT
-
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib - FƏRMAN
Bugün, 16:17 GÜNDƏM
-
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb - FƏRMAN
Bugün, 16:08 MƏDƏNİYYƏT
-
Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib - SƏRƏNCAM
Bugün, 16:07 GÜNDƏM
-
İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırılıb
Bugün, 16:05 GÜNDƏM
-
Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bugün, 15:59 CƏMİYYƏT
-
Zelenski: Ukrayna ildə 10 milyon dron istehsal edir və bu göstəricini 20 milyona çatdırmağa hazırdır
Bugün, 15:56 DÜNYA
-
Əli Əsədov Slovakiya Prezidenti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Bugün, 15:54 SİYASƏT
-
Azərbaycan XİN vətəndaşları münaqişə bölgələrində işləməkdən çəkinməyə çağırıb
Bugün, 15:51 GÜNDƏM
-
FHN bölgələrdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Bugün, 15:47 CƏMİYYƏT
-
"Fulham" "Trabzonspor"un müdafiəçisini transfer etmək istıəyir
Bugün, 14:56 İDMAN
-
Avropa Komissiyası Kiprin Şengen zonasına daxil olmaq üçün texniki hazırlığını təsdiqləyib
Bugün, 14:54 DÜNYA