Türk klublarının Avropadakı rəqibləri müəyyənləşir  

Türk klublarının Avropadakı rəqibləri müəyyənləşir  

İDMAN

Bugün, 17:41

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının 2-ci təsnifat mərhələlərinin püşkatması sabah keçiriləcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki UEFA-nın qərargahında keçiriləcək püşkatmada Azərbaycan komandaları ilə yanaşı, Türkiyə klublarının da rəqibləri bəlli olacaq.

Məlumata əsasən, “Fənərbaxça” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ya “Hearts” (Şotlandiya), ya da “Gornik Zabrze” (Polşa) ilə qarşılaçaacq.

Avropa Liqasının ikinci təsnifat mərhələsində "Beşiktaş"ın potensial rəqibləri arasında isə "Braqa", "Olimpiakos", "Midtyulland/Kopenhagen", "Ferensvaroş", "Viktoriya Plzen", "Qarabağ", "Makkabi", "Anderlext", "Pafos" və "Rangers/Seltik" yer alır.

“Başakşehir” turnirə 2-ci seçmə mərhələsindən başlayacağı üçün potensial rəqiblərinin əksəriyyəti 1-ci seçmə mərhələdə qarşılaşan aşağı əmsallı komandaların qalibləri olacaq. 2-ci turda birbaşa qarşılaşa biləcəkləri sıralanmamış komandalar isə bunlardan biri ola bilər “Astana” (Qazaxıstan), “HJK Helsinki” (Finlandiya), “Zrinjski Mostar” (Bosniya və Herseqovina), RFS (Latviya), “Jalgiris Vilnüs” (Litva), Şkendiya (Şimali Makedoniya), Brann (Norveç)

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR