Prezidentin köməkçisi və nazirlər daha bir bölgədə - Müşavirə keçirildi, tapşırıqlar verildi (Yenilənib)
GÜNDƏM
16.06.2026, 15:03
Bu gün Qubra rayonunda ölkə Prezidentinin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.
Mia.az xəbər verir ki, tədbir Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Müşavirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, habelə Abşeron, Xızı, Quba, Qusar, Siyəzən və Şabran rayonlarını təmsil edən fermer və sahibkarlar iştirak ediblər.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı müəyyən etdiyi prioritetlər və bu istiqamətdə qarşıya qoyulan vəzifələr barədə danışıb, həmçinin yeni Dövlət Proqramının əsas məqsəd və hədəfləri haqqında iştirakçıları məlumatlandırıb. O, qeyd edib ki, aqrar sahədə əldə olunmuş nəticələr növbəti mərhələdə daha yüksək məhsuldarlığın təmin edilməsini, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsini və özünütəminetmə səviyyəsinin artırılmasını zəruri edir. Prezident köməkçisi vurğulayıb ki, yeni Dövlət Proqramı aqrar sahənin dayanıqlı inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və daxili istehsal potensialının artırılmasına xidmət edir.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Dövlət Proqramı çərçivəsində fermerlər üçün nəzərdə tutulan yeni dəstək mexanizmləri, müasir texnologiyaların tətbiqi və istehsalın səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər barədə məlumat verib. Nazir müavini buğdaçılıq, bağçılıq, heyvandarlıq və quşçuluq sahələri üzrə müəyyən edilmiş hədəflərdən bəhs edərək, suvarma, texnika təminatı, saxlama infrastrukturu və güzəştli maliyyələşdirmə imkanlarının genişləndirilməsinin məhsuldarlığın artırılmasına və fermerlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət etdiyini bildirib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov isə aqrar sahənin dayanıqlı inkişafında su ehtiyatlarının səmərəli idarə olunmasının və etibarlı su təminatının əhəmiyyətindən danışıb. O, regionlarda həyata keçirilən su təsərrüfatı layihələri, suvarma infrastrukturunun modernləşdirilməsi və müasir suvarma texnologiyalarının tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib. Agentlik sədri qeyd edib ki, Dövlət Proqramı çərçivəsində su resurslarından daha səmərəli istifadə, su itkilərinin azaldılması və kənd təsərrüfatı istehsalçılarının su təminatının yaxşılaşdırılması əsas prioritetlərdəndir.
Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov rayonda kənd təsərrüfatının inkişafı, mövcud aqrar potensial və Dövlət Proqramından irəli gələn vəzifələr barədə məlumat verib. O bildirib ki, Quba ölkənin əsas meyvəçilik mərkəzlərindən biri olmaqla yanaşı, bağçılıq, heyvandarlıq və emal sənayesinin inkişafı üçün geniş imkanlara malikdir. İlqar Mahmudov Dövlət Proqramının icrası məqsədilə rayonda müvafiq fəaliyyət planının hazırlandığını, kənd təsərrüfatı sahəsində ixtisaslı kadr hazırlığının gücləndirilməsi və aqrar potensialın daha səmərəli reallaşdırılması istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.
Müzakirələr zamanı çıxış edən fermer və sahibkarlar aqrar sahəyə göstərilən diqqət və qayğıya, eləcə də yaradılmış əlverişli biznes və investisiya mühitinə görə Prezidentə təşəkkürlərini bildiriblər. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin kənd təsərrüfatı məhsullarının istehsal və emal imkanlarının genişləndirilməsi, yeni investisiya layihələrinin həyata keçirilməsi və sahibkarlıq fəaliyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Çıxışlarda proqramdan irəli gələn vəzifələrin icrasında fəal iştirak etməyə, yerli istehsalın artırılmasına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə bundan sonra da töhfə verməyə hazır olduqları ifadə edilib.
Müşavirənin yekununda Z. Nağdəliyev Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. O, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrasının təmin edilməsi, aidiyyəti qurumlar arasında əlaqələndirmənin gücləndirilməsi və qarşıya qoyulmuş vəzifələrin operativ şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, müşavirə zamanı səsləndirilən təkliflər ümumiləşdirilərək Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq.
***
Qubada "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə regional müşavirə keçirilir.
Mia.az xəbər verir ki, müşavirədə dövlət proqramında nəzərdə tutulan tədbirlər, kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişaf perspektivləri, istehsal və emal imkanlarının genişləndirilməsi, eləcə də regionlarda sahibkarlıq fəaliyyətinin təşviqi məsələləri müzakirə olunur.
Müşavirədə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, eləcə də sahibkarlar və aidiyyəti qurumların nümayəndələri iştirak edirlər(Report).
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:33 CƏMİYYƏT
-
"Yuventus" türk futbolçunu heyətinə qatdı
Bugün, 12:29 İDMAN
-
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Bugün, 12:09 MƏDƏNİYYƏT
-
Türkiyə futbolunda növbəti çalxalanma – Bu klubların rəsmiləri saxlanıldı (SİYAHI)
Bugün, 11:57 İDMAN
-
Qazaxıstan buğda idxalına qadağa qoyub
Bugün, 11:43 İQTİSADİYYAT
-
Günay Malikqızı vəzifədən niyə ayrılıb? - Açıqlama
Bugün, 11:39 PRESS
-
Fəsillər insan psixologiyasına necə təsir edir? - Psixoloq rəyi
Bugün, 11:39 CƏMİYYƏT
-
İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTOLAR (Yenilənib)
Bugün, 11:32 GÜNDƏM
-
Milli Depozit Mərkəzində yeni təyinat oldu
Bugün, 11:07 İQTİSADİYYAT
-
Arıqlama məhsullarının tərkibində təhlükəli maddələr aşkarlanıb
Bugün, 10:43 CƏMİYYƏT
-
Zelenski həmyerlimizlə bağlı sərəncam imzaladı
Bugün, 10:32 SİYASƏT
-
Türkiyədə daha bir sərnişin avtobusu aşdı: 24 yaralı
Bugün, 10:31 KRİMİNAL
-
YENİ BİNLARADA KV.METR FIRILDAĞI... - Ali Məhkəmə mübahisəli vəziyyətlə bağlı izahat yaydı
Bugün, 10:02 GÜNDƏM
-
Azərbaycan nefti daha 2 dollar bahalaşdı - Qara qızıl neçəyədir?
Bugün, 09:59 İQTİSADİYYAT
-
İran ordusu Amerikanın bölgədəki bazalarına zərbə endirib
Bugün, 09:54 DÜNYA
-
Xankəndidə bitişik bir neçə ev yanıb
Bugün, 09:50 CƏMİYYƏT
-
“İraqa getməyin” – ABŞ-dan vətəndaşlarına xəbərdarlıq
Bugün, 09:32 DÜNYA
-
“İran ABŞ-Ia danışıqları davam etdirir və…” – "Tramp buna sakit yanaşmayacaq”
Bugün, 09:24 GÜNDƏM
-
Hava limanı, körpülər… - ABŞ İranda mülki obyektləri vurub
Bugün, 09:16 GÜNDƏM
-
Özgür Özəlin Yeni Partiyası… - 24 il sonra Türkiyədə bir ilk yaşana bilər
Bugün, 09:02 SİYASƏT
-
TV RƏHBƏRİ SAXLANLDI - Məşhur yutuber dələduzluqda ittiham olunur
Bugün, 08:48 PRESS
-
Türkiyədə yenə zəlzələ oldu
Bugün, 00:29 GÜNDƏM
-
Rəsmi Tehrandan daha bir bəyanat: “Diplomatiyaya bir daha xəyanət etdilər”
Bugün, 00:17 GÜNDƏM
-
Qətər XİN İranla bağlı yayılan xəbəri təkzib edir
Bugün, 00:11 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
ABŞ ordusu İrana növbəti hücuma start verdi – Güclü partlayışlar baş verir
16.07.2026, 23:18 GÜNDƏM
-
Zelenski Hakan Fidana orden verdi – FOTOLAR
16.07.2026, 22:53 SİYASƏT
-
Konfrans Liqası: "Zirə" Gürcüstanda "Torpedo"ya qalib gəldi (YENİLƏNİB)
16.07.2026, 21:20 İDMAN
-
Odessada Azərbaycan vətəndaşlarının olduğu gəmiyə hücum... - Kapitanın meyiti tapıldı (Yenilənib)
16.07.2026, 20:42 GÜNDƏM
-
“Qarabağ” klubu kasıblayıb? - Telekanaldan fantastik məbləğ istəyirlər (AÇIQLAMA)
16.07.2026, 19:16 PRESS
-
"Siz həqiqətən də Sülh İnsanısınız" - Prezident İlham Əliyevdən Donald Trampa mesaj
16.07.2026, 18:37 GÜNDƏM
-
Haluk Levent və “Ahbar”ın rəhbər şəxslərinin əmlaklarına həbs qoyuldu
16.07.2026, 18:24 GÜNDƏM
-
Nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırıldı
16.07.2026, 18:03 CƏMİYYƏT
-
Qadınları şantaj edən şəxslər saxlanıldı - Polis əməliyyatı
16.07.2026, 17:52 KRİMİNAL