Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs olunub - Məhkəmə zalında

Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs olunub - Məhkəmə zalında

MƏDƏNİYYƏT

Bugün, 12:23

Cinayət işi tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən Xalq artisti İlhamə Quliyevanın bacısı qızının ilk məhkəməsi keçirilib. 

Mia.az Manset.az xəbər verir ki, bu dəqiqələrdə keçirilən elə ilk iclasda Nigar Həsənova həbs edilib.

Bildiririk ki, Nigar Həsənovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə açılmış cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.

Qeyd edək ki, İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızı Nigar Həsənova tanınmış kosmetoloqdur. O bir sıra şəxslərin külli miqdarda qızıl və zinət əşyalarını mənimsəyib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR