Dünya Çempionatında ilk oyun: iki qol, 3 qırmızı kart... (Yenilənib)

Dünya Çempionatında ilk oyun: iki qol, 3 qırmızı kart... (Yenilənib)

İDMAN

Bugün, 00:57

İyununn 11-də  Bakı vaxtı ilə saat 23.00-da Meksikada futbol üzrə Dünya Çempionatında ilk oyuna start verilib.

Mia.az xəbər verir ki, A qrupunda ev sahibi Meksika  Cənubi Afrika Respublikası (CAR) ilə üz-üzə gəlib.

Matçın 9-cu dəqiqəsində afrikalıların kobud səhvindən istifadə edən ev sahibləri hesabı açıb - 1:0.

50-ci dəqiqədə isə CAR-ın oyunçusu qırmızı kartla meydandan qovulub.

67-ci dəqqiədə Meksika daha bir qola imza atıb - 2:0

84-cü dəqiqədə CAR-ıın daha bir futbolçusu meydandan qovulub.

Bundan 8 dəqiqə sonra isə meksikalı Mentes də qırmız vərəqə alıb.

Hakim oyunun əsas vaxtına 7 dəqiqə əlavə edib.

Matç bu hesabla bitib. Beləlklə, ilk oyundan ev sahibi komanda 2-0 hesabıyla qalib ayrılıb.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR