Bitcoin bazarı çökür - 8 ayda 1.2 trilyon dollardan çox itki var

Bitcoin bazarı çökür -  8 ayda 1.2 trilyon dollardan çox itki var  

İQTİSADİYYAT

Bugün, 16:26

Keçən payız rekord həddə - 126.000 dollara çatan Bitcoin bazarda yaranan böhran vıə güclü satış dalğaları səbəbindən kəskin düşüşə keçib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hazırda Bitcoin 60.000 dollar həddinə düşüb.

Bu enişlə kriptovalyuta bazarı səkkiz ayda 1,2 trilyon dollardan çox dəyər itirib.

Ekspertlər deyir ki, bitcoin Trampın 2024-cü ildə yenidən seçilmə prosesindən bir az əvvəlki record eniş tarixini hazırda təkrarlayır.

Məlumata görə, hazırda investorlar kriptovalyutadan uzaqlaşırlar: “Rekord səviyyələrdən bəri səkkiz aylıq durğunluq bəzi investorları əllərində olanları satmağa məcbur edib, digərləri isə portfellərində kriptovalyutaların rolunu yenidən dəyərləndirməyə çalışsalar da,  bazardakı böhrana görə effektli ola bilməyiblər”.

“Farside Investors”-un məlumatlarına görə, bu ilin fevralın sonlarında İranla müharibənin ilk günlərində kəskin şəkildə yüksələn Bitcoinə bazarda inam yaransa da, sonradan bunun sadəcə şar kimi şişirilmiş iqtisadi oyun olduğu da təsdiqlənib: “Dünya birjalarında səhmlər və qızıl kimi aktivlər daha etibarlı işlədiyindənsə də, kriptovalyuta bazarına ciddi təzyiqlər yaranıb. Analitiklər son həftələrdə süni intellekt sahəsinə artan marağın diqqəti kriptovalyutalardan yayındırdığını söyləyirlər…”

F.ƏHMƏD

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR