Sahil Babayev Milli Məclisdə: "Regionların dövlət büdcəsindən asılılığı daha da azaldılıb"

 Sahil Babayev Milli Məclisdə: \"Regionların dövlət büdcəsindən asılılığı daha da azaldılıb\"

GÜNDƏM

Bugün, 11:58

2025-ci ildə Azərbaycanda regionların dövlət büdcəsindən asılılığı daha da azalıb.

Mia.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub: "İcmal büdcə xərcləri qeyri-neft-qaz ÜDM-in 48,4 %-nə bərabər olub, regionların büdcədən asılılığı daha da azalıb. Naxçıvana dotasiya proqnozla nisbətdə 55 milyon manat az - 160 milyon manat icra olunub. Dotasiyadan asılılıq rayonlarımızda da azalıb və cəmi dörd rayona 1,5 milyon manat dotasiya verilib".

İcmal büdcə xərclərinə nəzər saldıqda, bu rəqəm 44,7 milyard manat - 2024-cü illə müqayisədə 1,8 milyard manat daha çox icra olunub. Onun ÜDM-də payı 34,6 %, qeyri-neft-qaz ÜDM-də payı isə 48,4 % olub. Dövlət büdcəsinin xərcləri 38,6 milyard manat, ÜDM-də payı 29,9 %, qeyri-neft-qaz ÜDM-də payı isə 41,8 % icra olunub. Cari xərclərimiz 22,1 milyard manat və yaxud dövlət büdcəsinin 57,3 %-i qədər icra olunub, 2024-cü illə müqayisədə 774 milyon manat çox vəsait xərclənib. Əsaslı xərclərimiz 14,4 milyard manat icra olunub, bu dövlət büdcəsinin xərclərinin 37,3 %-nə bərabərdir. Dövlət borclarına xidmətlə bağlı xərclərimiz isə 2,1 milyard manat və ya dövlət büdcəsinin 5,4 % həddində icra olunub".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR