Etibarnamə alıb-verənlərin nəzərinə: Yeni qayda qüvvəyə minir - Nələr olacaq?
CƏMİYYƏT
Bugün, 10:03
Təcrübədə etibarnamə əsasında avtomobili bir neçə şəxsin idarə etməsi halları geniş yayılıb. Bundan başqa, nəqliyyat vasitəsinin alqı-satqısının da etibarnamə əsasında aparılması az deyil.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, son illər hətta qəza törətmiş sürücülərin növbəti ildə yüksək məbləğdə sığorta haqqı ödəməkdən yayınmaq üçün maşını digər şəxslərə etibarnamə verməklə onların adından avto-icbari sığorta etdirmələrinə də rast gəlinir.
Ancaq görünən odur ki, bundan sonra başqasına etibarnamə verənlər və ya etibarnamə əsasında avtomobil idarə edənlər bu barədə bir daha düşünməli olacaqlar.
Belə ki, Mərkəzi Bankın müvafiq dəyişikliyinə əsasən, sığorta müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsini qanunvericiliyə uyğun olaraq idarə etmək hüququ olan şəxslərin sayı birdən artıq olduqda, həmin şəxslər arasında ən yüksək riskə malik şəxsin Sığorta Tarixçəsi Əmsalı tətbiq olunacaq.
Yəni avtomobil üzrə başqa şəxslərə etibarnamə verilibsə, bu zaman onu sığorta etdirərkən təkcə həmin şəxsin yox, etibarnaməsi olan digər şəxslərin də sığorta tarixçəsi nəzərə alınacaq. Nəticədə sığorta etdirən qəza törətmiş olmasa da, avtomobili idarə etmək hüququ olan digər şəxslərə görə sığorta haqqı yüksək ola bilər. Həmçinin qəza törətmiş şəxs digərinə etibarnamə verməklə yüksək məbləğdə sığorta haqqı ödəməkdən yayına bilməyəcək. Beləliklə, avtomobili idarə etmək hüququ olan şəxslərdən yüksək riskli olanın sığorta tarixçəsinə uyğun sığorta haqqı müəyyən ediləcək.
Qaydaya görə, avtomobili 2 və ya daha çox şəxsin idarə etmək hüququnun mövcudluğu mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə və ya digər əşya hüquqlarına dair müqavilə, habelə nəqliyyat vasitələrinin istifadə edilməsi və ya ona sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamə əsasında müəyyən olunur. Yəni etibarnamə ilə yanaşı, qeyd edilən digər sənədlər də avtomobili 2 və ya daha çox şəxsin idarə etməsi deməkdir. Bu da sığorta haqqının hesablanmasında nəzərə alınacaq.
Yeri gəlmişkən, dəyişikliklərə əsasən, mövcud “Bonus-Malus” sistemi fərdi sığorta tarixçəsinə əsaslanan Sığorta Tarixçəsi Əmsalı ilə əvəz olunacaq. Bu mexanizmə əsasən, üçüncü şəxslərin səhhətinə və əmlakına zərər vurulan zaman zərər vuran şəxslərin sığorta haqlarına hər zərər vurduqları hadisəyə görə 30 faiz əlavə tətbiq olunacaq.
Hazırda qüvvədə olan qaydaya görə, sığorta haqqı hesablanarkən avtonəqliyyat vasitəsini yalnız bir şəxsin idarə etmək hüququ olduqda 1, iki və ya daha çox şəxsin idarə etmək hüququ olduqda 1.15 əmsal tətbiq edilir. Dəyişiklik qüvvəyə minəndən sonra avtonəqliyyat vasitəsi sahiblərinin sayı beş və ya daha çox olduqda 1.15 əmsal tətbiq ediləcək. Bu saydan az olduqda isə 1 əmsal tətbiq olunacaq.
Qeyd edək ki, yeni qayda 16 iyun 2026-cı ildən qüvvəyə minir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Vüqar Gülməmmədov sığorta şirkətlərini tənqid etdi
Bugün, 12:14 İQTİSADİYYAT
-
Sahil Babayev Milli Məclisdə: "Regionların dövlət büdcəsindən asılılığı daha da azaldılıb"
Bugün, 11:58 GÜNDƏM
-
Fərhad Əhmədovu aldadan fransalının cəzası 3 il azaldıldı
Bugün, 11:52 SİYASƏT
-
Palata sədri Milli Məclisdə: "Dövlət büdcəsinin icrası prosesində bu məqam tətbiq edilməyib"
Bugün, 11:44 İQTİSADİYYAT
-
“CHP-nin toplantılarına kənar şəxslər buraxılmayacaq” - Spiker qərar verdi
Bugün, 11:08 GÜNDƏM
-
Azov dənizində vurulan gəmi: iki azərbaycanlının meyiti tapıldı - "Cənazələr yaxın günlərdə ölkəyə gətiriləcək"
Bugün, 10:47 GÜNDƏM
-
XİN-dən vətəndaşlara xəbərdarlıq etdi: "O ərazilərə getməyin"
Bugün, 10:22 GÜNDƏM
-
Maliyyə sektorunda dələduzluq: yeni qaydalar hazırlanır
Bugün, 10:18 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Yaponiyaya gedib
Bugün, 10:07 GÜNDƏM
-
Etibarnamə alıb-verənlərin nəzərinə: Yeni qayda qüvvəyə minir - Nələr olacaq?
Bugün, 10:03 CƏMİYYƏT
-
Qanında kokain aşkarlanan müğənni etiraz edir: “Müayinə səhvdir” - SƏNƏD AÇIQLANDI
Bugün, 09:53 MƏDƏNİYYƏT
-
Yevlaxda 91 yaşlı qadın yanaraq ölüb
Bugün, 09:47 CƏMİYYƏT
-
Bu gün Azərbaycan millisi yoldaşlıq oyunu oynayacaq
Bugün, 09:42 İDMAN
-
Azərbayca neftinin qiyməti 100 dollara qalxdı
Bugün, 09:33 İQTİSADİYYAT
-
ABŞ futbol hakimini ölkəyə buraxmadı, gərginlik yarandı – FİFA açıqlama yaydı, "bizlik deyil" dedi
Bugün, 09:29 İDMAN
-
Əfqan Sadıqov həbs edilib - Vəkil açıqladı
Bugün, 09:23 PRESS
-
Səlim Müslümovun ailə biznesi də "çöküb"
Bugün, 09:10 İQTİSADİYYAT
-
İran Amerika ordusunun helikopterini vurub?
Bugün, 09:05 DÜNYA
-
Cem Uzan Özgür Özəlin təklifini geri çevirdi
Bugün, 08:56 SİYASƏT
-
Afrikalı qaçqın Şimali İrlandiyada dəhşət saçdı
Bugün, 08:33 DÜNYA
-
CHP-dəki qruplar indi də parlamentdə üz-üzə gəlir – 6 min nəfərin əlbəyaxa olma təhlükəsi yaranıb
Bugün, 08:02 GÜNDƏM
-
Belçikalı hücumçu futbolla vidalaşdı
Bugün, 00:08 İDMAN
-
CHP qurultay qərarı verdi – Kılıçdaroğlu geri çəkildi, tarix açıqladı
Bugün, 00:02 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
"Əgər rəqibləri Paşinyanın üzərinə gəlməsə, bu dəfə o..." - Təhlil
08.06.2026, 23:37 SİYASƏT
-
Türkiyədə daha 10 məşhur "narkoman" çıxdı - Narkotestin cavabı açıqlandı
08.06.2026, 20:42 MƏDƏNİYYƏT
-
Hacıqabuldakı yanğın söndürülüb
08.06.2026, 19:34 CƏMİYYƏT
-
Adının “Kəmaləddin” yazılmasına etiraz edir, yazmağı isə... - Deputat Qafarovla bağlı maraqlı iddialar var
08.06.2026, 19:32 SİYASƏT
-
İran ABŞ ştatlarındakı koordinatları paylaşdı, “vurarıq” mesaj verdi: “Bunun bədəlini ödəyə bilərsiniz?"
08.06.2026, 18:55 GÜNDƏM
-
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda bir araya gəldi - Nələr müzakirə olunub?
08.06.2026, 18:16 SİYASƏT
-
Ceyhun Bayramov Hakan Fidanla müzakirə aparıb - İstanbulda
08.06.2026, 18:01 SİYASƏT
-
Subsidiya qaydalarına dəyişiklik - Prezident fərman imzaladı
08.06.2026, 17:48 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev daha bir fərman imzaladı
08.06.2026, 17:33 İQTİSADİYYAT
-
Aqrar Kredit və İnkişaf Agentliyinə əlavə səlahiyyət verildi - Fərman
08.06.2026, 17:26 GÜNDƏM