SOCAR-ın yaşıl istiqrazı - Faiz ödənişi olundu

SOCAR-ın yaşıl istiqrazı - Faiz ödənişi olundu

İQTİSADİYYAT

Bugün, 14:31

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "yaşıl" təyinatlı istiqrazları üzrə 5-ci faiz ödənişi olunub.

Mia.az xəbər verir ki, növbəti kupon ödənişi çərçivəsində istiqraz sahiblərinin hesablarına ümumilikdə 3 milyon ABŞ dolları vəsait köçürülüb.

Bununla da SOCAR-ın "yaşıl" istiqrazları üzrə investorlara ödənilən ümumi gəlir 15 milyon ABŞ dollarına çatıb.

Xatırladaq ki, SOCAR-ın "yaşıl" təyinatlı istiqrazları 2025-ci il yanvarın 15-də ölkəmizin "yaşıl" enerji sahəsində həyata keçirdiyi strateji təşəbbüslərə töhfə vermək məqsədilə emissiya olunub. İllik 6 % gəlirlilik təqdim edən bu istiqrazlar 5 illik müddətə buraxılıb və investorlar tərəfindən böyük maraqla qarşılanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR