Həmin o parazit öz mənfəətini güdüb, rahatca işləyəcək, amma...

Həmin o parazit öz mənfəətini güdüb, rahatca işləyəcək, amma...

YAZARLAR

Bugün, 10:47

İxtiyar Əsgərov,

Matç.az-ın baş redaktoru

***

Deyirlər, şər deməsən, xeyir gəlməz. Amma bizdə "şər" deyəndə, elə şər qüvvələrin özü iş başında olub.
Ehtiram Quliyevin futbol üçün fədakarlığı, bu sahəyə yatırdığı milyonlar göz qabağındadı. Amma hansısa parazitə görə "Turan" sanksiya ilə üz-üzə qalıb.
Təsəvvür edin ki, CAS şikayəti təmin etmədi və komanda avrokuboklardan kənarlaşdırıldı. Haqsızlığa dözməyən Ehtiram Quliyev də bezib əlini futboldan çəkdi.
Nəticə nə olacaq?
Həmin o parazit öz mənfəətini güdüb, rahatca işləyəcək, amma milyonlarını bu sahənin inkişafına xərcləyən, futbolu sevən bir insan isə baş verən haqsızlıqlardan iyrənib, futboldan soyuyacaq. Belə inkişaf olmur axı...
İş adamlarını futbola bu metodla cəlb etmirlər, cənablar! Bu mənzərəni görən hansı sağlam düşüncəli biznesmen gəlib öz halal pulunu bu bataqlıqda batırar?
Futbolu inkişaf etdirmək üçün naftalin qoxulu, futbola yük olan "mütəxəssisləri" təmizləmək vacibdi, şərtdi. Futbolun inkişafına xidmət edənləri küsdürmək yox, onları göz bəbəyi kimi qorumaq lazımdı!
Yoxsa, hər şey gözünüzdən gələcək, sadəcə geci - tezi var...

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR