AzTV-nin keçmiş işçisi AAYDA-da yeni vəzifəyə olunub

AzTV-nin keçmiş işçisi AAYDA-da yeni vəzifəyə olunub 

İQTİSADİYYAT

Bugün, 20:51

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Satınalma şöbəsinin müdiri Niyaməddin Quliyev vəzifəsindən azad edilib.

Müvafiq əmrlə Niyaməddin Quliyev “BakuBus” MMC-dəki vəzifəsindən azad olunub.

Niyaməddin Quliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) vəzifəyə təyin edilib.

Bu barədə AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Qeyd edək ki, Niyaməddin Quliyev 2023-cü ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Maliyyə və Mühasibat Uçotu Departamentinin direktoru vəzifəsindən azad edilərək “BakuBus”a təyin edilmişdi.

O, ötən ilin noyabrında Böyük Britaniyanın London şəhərində keçirilən sammitdə “LUCA Awards 2025” mükafatına layiq görülüb.

Maliyyə dünyasının “Oskar”ı kimi tanınan bu mükafat peşəkar mühasibatlığın banilərindən biri hesab olunan Luka Paçiolinin şərəfinə təsis edilib./Qaynarinfo.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR