TÜRKİYƏ UNİVERSİTETLƏRİNƏ ŞOK: 110 min yer boş qalıb, 30 mindən çox isə... - Azərbaycandan qardaş ölkə üniversitetlərinə axın niyə azalır?
GÜNDƏM
22.09.2026, 00:10
Bu il Türkiyə universitetləri qəbul prosesində gözlənilməz mənzərə ilə qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2026/2027 qəbul imtahanına qatılan və müvafiq bal toplayan 30 mindən çox abituriyent seçdiyi universitetlərdən qeydiyyatdan keçməyib.
Məlumata görə, bununla yanaşı, ölkə üzrə əksər universitetlərdə müxtəlif ixtisaslar üzrə ümumilikdə 110 mindən çox boş yer qalb: "Bu səbəbdən universitetlər üzrə 5 gün əvvəl əlavə yerləşdirmə elan olunub. Maraqlı budur ki, 5 gün ərzində boş yerlər üzrə hələlik seçim edənlər gözləniləndən dəfələrlə azdır...".
Məlumatda deyilir ki, dövlət universitetlərində təxminən 35.706 yer boş qalıb, qalanları isə özəl ali məktəblərin payına düşür: "Bu il təhsil haqlarının azı 25 faiz qalxması, üstəlik, həyat şəraitinin bahalaşması artıq Türkiyəni yerli və xarici tələbələr üçün cəlbedicilikdən çıxarıb. Buraya böyük şəhərlərdəki aydan-aya artan fantastik kirayə və digər qiymətləri əlavə etsək, o zaman universitetlərdə boş yerlərin çox olmasının səbəbi aydın olur".
Məlumat üçün qeyd edək ki, əcnəbi tələbələrə gəldikdə, artıq Türkyədə qardaş dedikləri Azərbaycana - onun vətəndaşları olan tələbələrə belə miqrasiya məsələlərindən zərrə qədər güzəşt olunmur: "Məsələn, iki il əvvəl Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbuldan deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan və Türkiyə vətəndaşları arasında qarşılıqlı gediş-gəlişin daha da sadələşdirilməsi istiqamətində müsbət addımlar atıldığı barədə müsahibə vermişdi. O iddia edirdi ki, miqrasiya sahəsində əməkdaşlığa dair imzalanan sözügedən sazişdən sonra guya azərbaycanlı tələbələrin Türkiyədə müvəqqəti yaşayış icazəsinə aid bəzi güzəştlər başlayıb. Onun sözlərinə görə, sözügedən Saziş qüvvəyə mindikdən sonra Türkiyədə ali təhsil müəssisələrinin müxtəlif pillələrində - bakalavr, magistratura, doktoranturada təhsil alan azərbaycanlı tələbələrə nəzərdə tutulan təhsil ili qədər yaşamaq icazəsi (iqamət izni) veriləcək. Ancaq bu şərtlə ki, Azərbaycan vətəndaşlığı pasportunun da etibarlılıq müddəti həmin tədris illərini əhatə etsin. Məsələn, əgər tələbə Türkiyədə bakalavr təhsilini 2024-cü tədris ilində qazanıbsa, birdəfəlik 4 il yaşamaq izni almaq üçün pasportundakı etibarlılıq müddəti ən geci 2029-cu ildə bitməlidir.
Ancaq gedin araşdırın, görün Türkiyədə, konkret olaraq İstanbulda hansı Köç İdarəsi buna məhəl qoyur? Heç biri. Ən yaxşı halda 2 illik "oturum izni" verilir. O da 2-ci kursdan sonra. Əksər vaxt isə bir il verilir. Heç bilirsiniz ki, Miqrasıya qurumlarından (Köç idarəsi) tələbələrin bir illik icazəsi üçün nə qədər mənasız sənəd tələb olunur? Bilirsiniz bu sənədləri toplamaq üçün azı 550-700 dollar vəsait tələb olunur? Məhz bu cür bürokratik sıxıntılar səbəbindən artıq azərbaycanlı tələbələrin də Türkiyəyə axını azalmağa başlayıb".
Yeri gəlmişkən, Azərbaycanda Türkiyə ilə bağlı müəyyən adamlar var ki, onların YTB-ni (Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı) sanki monopoliyaya alıblar. Bu quruma təqaüd üçün müraciət edənlərin çoxu heç müsabiqəyə belə çağırılmırlar. Maraqlıdır, YTB müsabiqəyə çağırılanlar və oradan uğurla keçənlərin siyahısını açıqlayırmı? Bu və ya digər istiqamətdə mövzunu davam etdirəcəyik.
Samir MUSAYEV
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir - VİDEO
Bugün, 13:11 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:58 CƏMİYYƏT
-
Jurnalistlərin qurultayının vaxtı dəyişib
Bugün, 12:53 PRESS
-
Aktyor Azər Aydəmir İdarə Heyətinin üzvü seçilib
Bugün, 12:45 MƏDƏNİYYƏT
-
QHT rəhbərinə 7 il 6 ay müddətə şərti cəza verilib
Bugün, 12:40 SİYASƏT
-
"Qızı bu gün "SOCAR Türkiyə"də rəhbər vəzifədədir, az qala nəvələri də..." - Lent.az Parlamentlərarası Dostluq Qrupunun rəhbəri haqda elə şeylər yazdı ki...
Bugün, 12:29 SİYASƏT
-
Allahşükür Paşazadə süni intellektdən danışdı: "İbadətdə insanın yerini tuta bilməz”
Bugün, 12:20 SİYASƏT
-
“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu - FOTO
Bugün, 12:16 GÜNDƏM
-
Əməkdar artist Rəşid Mahmudovu cərimələtdi - Məhkəmə prosesi
Bugün, 12:01 MƏDƏNİYYƏT
-
Almaniya kansleri: "Fələstin dövlətinin yaradılması regional sülhün ən yaxşı yoludur"
Bugün, 11:50 DÜNYA
-
Rusiya Ukraynaya zərbələr endirdi - 8 nəfər həlak olub, 27 yaraı var
Bugün, 11:42 DÜNYA
-
Tramp: "Putinlə Rusiyadakı epidemiyanı müzakirə edəcəyik"
Bugün, 11:32 GÜNDƏM
-
"Həkim deyir ki, bir aya normal olacaqsan" - Tacir Şahmalıoğlu
Bugün, 11:26 MƏDƏNİYYƏT
-
Baklıda 40 yaşlı ər 24 yaşlı arvadını öldürdü
Bugün, 11:18 KRİMİNAL
-
625 min manatlıq əməliyyat edən sahibkara cinayət işi açıldı
Bugün, 11:10 KRİMİNAL
-
Bakıda qeyri-adi hadisə: qadına gecə saatlarında zəng etdi, telefonu əri qaldırdı və...
Bugün, 10:59 CƏMİYYƏT
-
Ceyhun Bayramov Türkmənistana gedib
Bugün, 10:45 GÜNDƏM
-
MEDİA-dan "Reuters", "AFP", "France 24", "The Times" və "The Telegraph"da yayılan xəbərə reaksiya: "Bu dezinformasiya əməliyyatının arxasında duran qüvvələrin çirkin niyyəti..."
Bugün, 10:29 SİYASƏT
-
Husilər Səudiyyə Ərəbistanıda Beynəlxalq Hava Limanına zərbə endiriblər
Bugün, 10:22 GÜNDƏM
-
İstanbulda qəyyum təyin olunan bələdiyyədə növbəti əməliyyat: kimlər saxlanılıb? - SİYAHI
Bugün, 10:09 DÜNYA
-
Ağdamdakı Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
Bugün, 10:07 CƏMİYYƏT
-
DTX rəisi: "Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir"
Bugün, 10:01 GÜNDƏM
-
Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət edib - MƏTN
Bugün, 10:01 GÜNDƏM
-
"Starbucks" istehlakçılara fırıldaq gəlir? - Açıqlamalar
Bugün, 09:49 İQTİSADİYYAT
-
Prokurorluq orqanlarında işləmək istəyənlər imtаhаn verəcək - Bu tarixdə
Bugün, 09:30 GÜNDƏM
-
QARA DƏNİZDƏ MÜBARİZ MƏNSİMOVUN GƏMİSİ VURULDU: ölən və yaralananlar var - RƏSMİ BAKIDAN BƏYANAT + VİDEO (YENİLƏNİB)
Bugün, 09:27 GÜNDƏM
-
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşdı
Bugün, 09:09 İQTİSADİYYAT
-
Millətlər Liqası: 10 oyn oldu, hansı komandalar qalib gəldi?
Bugün, 00:49 İDMAN
-
Rusiyanın Qara dənizdə bir tankeri vurulub
Bugün, 00:49 DÜNYA
-
Tramp: "İran bizlə ya razlaşacaq, ya da yox olacaq"
Bugün, 00:18 GÜNDƏM
-
İstanbulda daha iki bələdiyyə sədri həbs olunub
Bugün, 00:14 DÜNYA
-
"Qalatasaray" Barış Alper Yılmazla müqaviləni yeniləyir
Bugün, 00:07 İDMAN
-
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib
Bugün, 00:05 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT